"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi

"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi
26.09.2025 12:49 Cəmiyyət

Azərbaycanda həyata keçirilən hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının roluna dair maarifləndirilmə məqsədilə sentyabrın 26-da Bakı şəhər prokurorluğunda "Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" mövzusunda seminar təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak ediblər.

Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov bildirib ki, seminarın əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaqdır.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli "Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və Prokurorluğun dövlət suverenliyinin təminində rolu" mövzusunda çıxış edib. O "Konstitusiya və Suverenlik ili" çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini xüsusi vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib.

Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara geniş təqdimat verilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent, hüquq üzrə fəlsəfə doktoru Səyyad Ağayev dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin zəruriliyini, prokurorluğun bu istiqamətdə mühüm rolunu diqqətə çatdırıb.

Seminar interaktiv formatda davam edib. Tələbələr çıxışçılara hüquqi sahədə suallar ünvanlayaraq ətraflı cavablar əldə ediblər. Eyni zamanda, seminar zamanı prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.

TodayPress TV

FOTOLAR

"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 1
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 2
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 3
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 4
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 5
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 6
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 7
"Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu" adlı seminar keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər