"Azərbaycan Hava Yolları" və "Maldivian" aviaşirkəti strateji tərəfdaşlıq elan etdi

"Azərbaycan Hava Yolları" və "Maldivian" aviaşirkəti strateji tərəfdaşlıq elan etdi
22.09.2025 12:37 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Maldiv adalarının milli aviaşirkəti "Maldivian" ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb.

TodayPress TV AZAL-a istinadən xəbər verir ki, bu əməkdaşlıq şaviairkətin sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.

Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan "Maldivian" aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.

"Maldivian" ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm platforma rolunu oynayacaq", - deyə "Azərbaycan Hava Yolları"nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldiv adalarının milli aviaşirkəti "Maldivian" həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17 yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq istiqamətlərə reyslər yerinə yetirir. "Maldivian", həmçinin dəniz təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz daşınmasını təmin edir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər