ASCO-nun “Nəsimi” tankeri təmir edildi

ASCO-nun “Nəsimi” tankeri təmir edildi
20.05.2025 12:16 Cəmiyyət

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb. 

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, təmir işləri qısa müddətdə həyata keçirilib və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. 

Məlumata əsasən, təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə də gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib.

Həmçinin tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib.

Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub. 

Qeyd edilib ki, müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, stasionar ultraqısa dalğalı radiostansiya, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), maqnit kompas, girokompas, exolot və sürət ölçən laq avadanlığı quraşdırılıb.

Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb. 

Xatırladaq ki, “Nəsimi” tankerinin uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər