Anar Quliyev memarları təbrik etdi

Anar Quliyev memarları təbrik etdi
06.10.2025 16:27 Cəmiyyət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev Ümumdünya Memarlıq Gününə həsr olunmuş təbrik müraciəti edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir ki, hər il oktyabr ayında qeyd olunan Ümumdünya Memarlıq Günü dünya memarlarının həmrəyliyini simvolizə etməklə yanaşı, memarlığın insan həyatında, mədəniyyətlərin inkişafında və şəhər mühitinin formalaşmasında oynadığı əvəzsiz rola bir daha diqqətimizi cəlb edir.

"Memarlıq insanın ətraf mühitlə harmoniyasını təmin edən, mədəni dəyərlərin məkanla vəhdətini yaradan və dövrün sosial, iqtisadi və texnoloji mənzərəsini əks etdirən strateji sahədir. Azərbaycan memarlıq irsi – Şuşa, Gəncə, Naxçıvan, Bakı və digər şəhərlərimizdə qorunub saxlanılan qədim abidələr, milli üslubda inşa edilmiş məscidlər, karvansaralar, saraylar və yaşayış binaları bu sənətin əsrlər boyu formalaşmış və daim inkişaf edən zəngin ənənələrini nümayiş etdirir", - deyə o qeyd edib.

Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan memarlığı öz inkişafının yeni və dinamik mərhələsini yaşayır: "Müasir memarlıq anlayışı "yaşıl" texnologiyalar, "ağıllı" infrastruktur və dayanıqlı şəhərsalma prinsipləri ilə sıx bağlıdır. Azərbaycan memarları zəngin ənənələri yaşatmaqla yanaşı aparıcı beynəlxalq trendləri mənimsəyərək, layihələri ilə sənətə ekoloji və texnoloji baxımdan yeni nəfəs gətirir, estetik gözəllik və funksionallığı birləşdirərək insan-mərkəzli müasir şəhərsalma yanaşmalarına üstünlük verirlər.

Sirr deyil ki, hazırda ölkəmizdə vüsət alan abadlıq və yenidənqurma işləri memarların bilik və bacarıqlarına ciddi ehtiyac yaradır, peşəkar memarlıq fəaliyyəti bu proseslərdə həlledici rol oynayır. Xüsusilə vurğulamaq istəyirəm ki, Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri – texnoloji yeniliklərin tətbiqi, milli memarlıq ənənələrinin müasirliklə sintezi və şəhər infrastrukturunun ilk növbədə insanın həyat keyfiyyəti tələbləri nəzərə alınmaqla planlaşdırılması memarlığın strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Bu gün memarlarımız Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, ayrı-ayrı bina və komplekslərin layihələndirilməsi, tarixi irsin müasirliklə uzlaşdırılması, eləcə də ekoloji və innovativ həllərin tətbiqində fəal iştirak edirlər".

A.Quliyev qeyd edib ki, Komitə memarlığın davamlı inkişafı üçün bir sıra ardıcıl təşəbbüslər irəli sürür: "Bu təşəbbüslər beynəlxalq təcrübəyə çıxış imkanlarının genişləndirilməsi, peşəkarların dəstəklənməsi və potensialının artırılması, xüsusilə gənc memarların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilir. Bu çərçivədə təşkil olunan və artıq ənənə halını almış "Təməl" memarlıq müsabiqəsi sahə üzrə irəli sürülən innovativ ideyaların geniş ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu platforma bir tərəfdən gənc memarların yaradıcılıq potensialının üzə çıxarılmasına, digər tərəfdən isə təcrübəli mütəxəssislərin bilik və təcrübələrini daha böyük auditoriya ilə paylaşmasına, bununla da ölkəmizdə memarlığın daha da inkişafına və təbliğinə imkan yaradır".

"Böyük məmnunluqla bir daha vurğulamaq istəyirəm ki, yüksək peşəkarlığa əsaslanan ciddi səyləriniz sayəsində şəhər və kəndlərimiz daha gözəl, rahat, təhlükəsiz və müasir məkanlara çevrilməkdədir. Bu qarşısıalınmaz prosesin aparıcı qüvvəsi olduğunuz üçün hər birinizin yaradıcılığı ilə qürur duyur, memarlıq sənətinin dayanıqlı inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirirəm. Peşə bayramınız münasibətilə hamınızı ürəkdən təbrik edir, qədim memarlıq ənənələrini yaşadan və zənginləşdirən şərəfli fəaliyyətinizdə yeni zirvələr və nailiyyətlər diləyirəm!", - deyə A.Quliyev müraciətini yekunlaşdıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər