ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi

ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi
19.06.2025 17:18 Cəmiyyət

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.

Bu barədə ADY-dən TodayPress TV-yə verilən məlumata görə, layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.

ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.

Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili və yerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər keçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli sakinlərlə görüşlər və ilkin seçim mərhələləri təşkil edilib.

2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “Bilik Ekspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlim keçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikinci vaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonası və mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texniki heyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təmin olunub.

“Bilik Ekspresi” Ağdam şəhərindən sonra Bərdə və Yevlax rayonlarında fəaliyyətini davam etdirib, bu bölgələrdə çalışan dəmiryolçular üçün təlimlər keçirilib və işə qəbul məqsədilə namizədlərlə görüşlər təşkil olunub.

“Bilik Ekspresi” 2025-ci ilin sonunadək digər rayonlarda da fəaliyyət göstərəcək və bu müddət ərzində həm təlim, həm də işə qəbul prosesləri geniş miqyasda həyata keçiriləcək.

Təlim və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevriləcək bu təşəbbüs ADY-nin transformasiya və dayanıqlı inkişaf baxımından insan resurslarına verdiyi önəmi bir daha nümayiş etdirir.

ADY-nin uzunmüddətli strateji prioritetlərindən biri insan resurslarının inkişafıdır və bu strategiya şəffaf işə qəbul proseslərinin həyata keçirilməsi, əməkdaşların xidməti fəaliyyətinin yüksəldilməsi və karyera inkişafının dəstəklənməsi, rəqəmsal insan resursları idarəetmə sistemlərinin tətbiqi kimi istiqamətləri əhatə edir. ADY həmçinin insan kapitalına sərmayəni dayanıqlı inkişafın əsas təməli kimi qəbul edərək hər bir əməkdaşın peşəkar inkişafını dəstəkləyir.

XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Bütün Xəbərlər