Tramp bu dəfə İspaniyanı HƏDƏLƏDİ: Madriddən “Soyuq duş”

Tramp bu dəfə İspaniyanı HƏDƏLƏDİ: Madriddən “Soyuq duş”
04.03.2026 17:22

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bağlı açıqlamasında bu ölkənin hərbi bazalarından istifadə məsələsinə toxunaraq, İspaniyanın rədd cavabına baxmayaraq, Vaşinqtonun istədiyi halda həmin bazalardan istifadə edə biləcəyini bildirib və heç kimin buna mane ola bilməyəcəyini vurğulayıb.  

Bəs İspaniya ilə ABŞ arasında qarşıdurma ola bilərmi?   

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu məsələ ilə bağlı vəziyyət, böhranlıdır. Çünki Vaşinqtonla Madrid arasında gərginlik yaşanıb. Amma bu o demək deyil ki, Amerika İspaniya istiqamətində, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə istədiyi qərara yaşıl işıq yandıra və sonradan təzyiq göstərərək məqsədinə nail ola bilər.  

Politoloq Donald Trampın danışıqlarda dediyini, praktikada asanlıqla həyata keçirə biləcəyini düşünmədiyini vurğulayıb:  

“Çünki İspaniya müstəqil dövlətdir, onun suveren hüquqları var və o, beynəlxalq hüquq normalarına riayət etməyi özünə borc bilir. Təsadüfi deyil ki, İspaniya İsrail dövlətinin Yaxın Şərq siyasətini bəyənmir və onu ən sərt tənqid edən ölkələrdən biridir. Rəsmi Madrid bildirir ki, Fələstin xalqının hüquqları tapdalana bilməz, fələstinlilər azadlıq əldə etməli və öz dövlətlərini qurmalıdırlar”.  

İSPANİYADAN PRİNSİPİAL MÖVQE 

O, əlavə edib ki, digər tərəfdən, İranla bağlı yaranmış böhran məsələsində də İspaniya prinsipial mövqe nümayiş etdirir:  

“Bu, onu göstərir ki, Qərb dünyasında alternativ baxışlar formalaşmaqdadır. İsrailin Yaxın və Orta Şərqdə həyata keçirdiyi siyasət dünya birliyinin böyük əksəriyyətinin narazılığına səbəb olur. Artıq bir çoxları anlayır ki, bu proses təkcə bir ölkəyə, və ya xalqa qarşı yönəlmiş təhdid deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün risk yaradır. Üstəlik, İsrailin nüvə potensialına malik olması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”.  


İSPANİYA–AMERİKA QARŞIDURMASINA GƏLDİKDƏ İSƏ... 

Analitik hesab edir ki, bu, soyuq qarşıdurma xarakteri daşıyır: 

“İnanmıram ki, ABŞ risk edərək İspaniyanın ərazisinə qarşı hər hansı açıq təcavüz addımı atsın və ya bəzi səsləndirilən iddiaları reallaşdırsın. Ümumiyyətlə, Donald Trampın ritorikası bəzən İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq sisteminə zidd təsir bağışlayır. Bu isə müsbət tendensiya deyil və ciddi narahatlıq doğurur. Böyük dövlətlərin gücdən və təsir imkanlarından təzyiq aləti kimi istifadə etməsi onların nüfuzuna xələl gətirir", - T.Abbasov deyib. 

Analitik hesab edir ki, İspaniyanın və xüsusilə Baş nazir Pedro Sançesin sərgilədiyi mövqe müəyyən mənada siyasi “soyuq duş” effekti yaradır və tərəfləri daha realist, ölçülüb-biçilmiş qərarlar verməyə sövq edə bilər. İspaniya bu prosesdə tək deyil və onun mövqeyini bölüşən digər ölkələr, o cümlədən Avropa İttifaqına üzv dövlətlər də mövcuddur.   

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Все новости