Ramiz Yunus: "Ukrayna Qərbin şərəfini xilas edir"

Ramiz Yunus: "Ukrayna Qərbin şərəfini xilas edir"
19.08.2025 10:40 Təhlil

"ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski və onunla birlikdə gələn dəstək qrupu – NATO Baş katibi və Avropanın aparıcı ölkələrinin liderləri arasında keçirilən görüşün həm üstünlükləri, həm də müəyyən çatışmazlıqları mövcuddur".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O, ilk növbədə görüşün müsbət tərəflərinə nəzər yetirib: 

"Bu, şübhəsiz ki, Zelenskinin böyük diplomatik uğurudur. Çünki həm Rusiyanın, həm də Qərbdəki tərəfdarlarının bütün səylərinə baxmayaraq, o, öz inadkarlığı və sınmaz iradəsi ilə Qərbin əsas liderlərini bir masa arxasında toplamağı bacardı. Və bunu da haradasa yox, məhz Ağ Evdə etdi. Beləliklə, yeni bir “Münhen sazişi”nin imzalanmasının qarşısını aldı".

Professor, eyni zamanda görüşün mənfi məqamlarına da toxunub:

"Ağ Evdə bir araya gələn, özlərini “azad dünyanın” liderləri adlandıran siyasətçilər 60 trilyon dollardan çox ümumi daxili məhsula (ÜDM) malik olsalar da, cəmi 2 trilyon dollarlıq iqtisadi gücə sahib olan bir aqressorla bağlı problemi həll etməkdə çətinlik çəkirlər. Onların hamısı ABŞ prezidentilə ünsiyyətdə ehtiyatla davranır, fikirlərini ölçüb-biçərək ifadə edirlər – istər Ukraynaya dəstək məsələsində Vaşinqtonun qeyri-səmimi mövqeyinə, istərsə də Rusiyanın Ukraynaya qarşı uzun illərdir apardığı genişmiqyaslı təcavüz siyasəti qarşısında özlərinin zəif və qərarsız duruşuna münasibətdə. Bəs hanı beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü prinsipləri? Bəs necə oldu o ideallar ki, bir vaxtlar postsovet məkanında, o cümlədən Ukraynada xalqlar bu dəyərlər uğrunda barikadalara çıxmışdılar? Məgər anlamırsınız ki, aqressor qarşısındakı qorxaqlığınız və onu dilə tutmaq siyasətinizlə siz təkcə postsovet məkanındakıları deyil, vaxtilə sizə inanmış hər kəsi satırsınız?".

Analitik Ağ Evdə bir masa arxasında toplaşmış Qərb liderləri arasında Uinston Çörçill səviyyəsində siyasi iradə sahibi bir liderin olmamasından təəssüf hissi keçirdiyini də vurğulayıb: 

"Bu missiyanı üzərinə götürən şəxs isə Zelenski oldu. O, 3,5 ildən sonra nəhayət ki, bu liderləri Ağ Evdə bir araya gətirə bildi və bu gün məhz Ukrayna prezidenti açıq şəkildə Qərbin şərəfini xilas edir. Ümid edirəm ki, ABŞ prezidenti və Avropa liderləri bu imkanı əldən verməyəcəklər, çünki Avropa İttifaqı və NATO-nun gələcəyi hazırda məhz Ukraynada müəyyən olunur”. 

Sonda Ramiz Yunus böyük yazıçı Uilyam Şekspirin məşhur sözlərini xatırladıb:

“Kimdə qətiyyətli iradə yoxdursa, onda ağıl da yoxdur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 Bütün Xəbərlər