Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatır
14.08.2025 16:53 Kənd Təsərrüfatı

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Avqustun 12-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 %-i biçilərək məhsulu yığılıb.

Sahələrdən 2 milyon 971,8 min ton məhsul toplanılıb, məhsuldarlıq 32,1 sentner olub. Məhsulun 1 milyon 582,8 min tonunu və yaxud 53,3 %-ni buğda, 1 milyon 349,9 min tonunu və yaxud 45,4 %-ni arpa, 39,1 min tonunu və yaxud 1,3 %-ni isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7) və İmişli (39,5) rayonlarında qeydə alınıb.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton) və İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə olunub.

XƏBƏR LENTİ
04 IYUN 2026
Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Bütün Xəbərlər