Şəhərləri inkişaf etdirmək istəyiriksə mənzilləri...

Şəhərləri inkişaf etdirmək istəyiriksə mənzilləri...
22.05.2026 13:52 Xarici siyasət

“Mənzil artıq yalnız bir sektor məsələsi deyil, bərabərsizliyi, imkanları, dayanıqlılığı və sülhü müəyyən edən sistemli çağırışdır”.

TodayPress TV xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən müzakirələr mənzil məsələsinin inteqrasiya olunmuş şəhər siyasətinin mərkəzinə yerləşdirilməsinin vacibliyini bir daha göstərib.

Anaklaudia Rossbax qeyd edib ki, mənzil siyasəti torpaq idarəçiliyi, infrastruktur, iqlim fəaliyyəti, maliyyələşmə və idarəetmə ilə əlaqələndirilməlidir.

UN-Habitat rəhbəri forum ərzində formalaşan ideyaların yüksək səviyyədə uzlaşmasını alqışlayıb və WUF13-ün kollektiv mövqeyini əks etdirən Bakı Fəaliyyətə Çağırış sənədinin hazırlanmasını yüksək qiymətləndirib:

“Forum çərçivəsində bir neçə əsas prioritet müəyyənləşdirildi. İlk prioritet mənzil böhranının miqyasını qəbul etmək və milyardlarla insanın hələ də adekvat mənzildən məhrum olduğunu nəzərə alaraq mərhələli deyil, sistemli həllər tətbiq etməkdir. Digər istiqamətlər mənzil sistemləri və maliyyə mexanizmlərinin balanslaşdırılması, icranın gücləndirilməsi və genişmiqyaslı həllərin tətbiqidir. Qeyri-formal yaşayış məntəqələrinin yenilənməsi, iqlimə davamlı mənzil modelləri və icma əsaslı yanaşmalar artıq əsas siyasət və investisiya mexanizmlərinə daxil edilməlidir. Yerli fəaliyyət və tərəfdaşlıqların gücləndirilməsi, şəhərlərin, icmaların və yerli hakimiyyətlərin rolunun artırılması vacibdir və bu proses milli və beynəlxalq tərəfdaşlarla dəstəklənməlidir. Şəhər transformasiyası iqlimə davamlı və inklüziv olmalı, mənzil sistemləri həm iqlim dəyişikliklərinin qarşısının alınmasına, həm də uyğunlaşmaya xidmət etməli, ən həssas qrupların qorunmasını təmin etməlidir. Bakı Fəaliyyətə Çağırış sənədi bu prioritetlərin qlobal platformalarda irəlilədilməsi üçün əsas istinad sənədi olacaq”.

Onun sözlərinə görə, forumun nəticələri “UN-Habitat”ın hökumətlərarası fəaliyyətinə, o cümlədən adekvat mənzil, şəhər dayanıqlılığı və dayanıqlı inkişaf üzrə davam edən müzakirələrə daxil ediləcək.

“UN-Habitat” rəhbəri vurğulayıb ki, bu nəticələr qlobal iqlim və inkişaf proseslərində iştirak üçün də əsas olacaq və mənzil ilə şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərinin, Paris Sazişinin və Yeni Şəhər Gündəliyinin icrasında mərkəzi rolunu qoruyacaq.

Anaklaudia Rossbax bildirib ki, qarşıdakı dövrdə WUF14-ə hazırlıq çərçivəsində ideyalar, tərəfdaşlıqlar və icra arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində iş davam etdiriləcək.

O qeyd edib ki, Bakıda nümayiş etdirilən əsas mesaj aydındır: həllər var, bilik var və öhdəlik var.

“İndi əsas çağırış gündəliyi müəyyən etmək deyil, onu həyata keçirmək və mənzili insan ləyaqəti ilə dayanıqlı inkişafın mərkəzinə yerləşdirməkdir. WUF13 şəhər transformasiyası üçün qlobal koalisiyanı gücləndirdi və forumun uğuru yalnız müzakirələrdə deyil, bundan sonra şəhərlərdə, icmalarda, milli və qlobal siyasətdə görüləcək işlərlə ölçüləcək. Biz Bakını yenilənmiş qətiyyət, daha güclü tərəfdaşlıqlar və öhdəlikləri fəaliyyətə çevirmək üçün ortaq məsuliyyət hissi ilə tərk edirik. Bu dinamikanı 2028-ci ildə Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna daşıyacağıq. Hər kəs üçün adekvat mənzil istiqamətində irəliləyiş görəcəyimizə ümid edirik”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 All News