Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədr müavini ilə görüşdü

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədr müavini ilə görüşdü
14.05.2026 20:00 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub. Tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıblar.

Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini xatırlayan Milli Məclisin sədri orada keçirdiyi görüşlər və müzakirə olunan məsələlər barədə təəssüratlarını bölüşüb.

Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələr BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri BƏƏ-nin parlament təmsilçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirakından məmnunluğunu bildirib. Fikir mübadiləsi zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyəti, burada müzakirə olunan məsələlərin vacibliyi barədə də söhbət açılıb. Qeyd edilib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Görüşdə ölkələr arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlar arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Söhbətdə qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Fikir mübadiləsi zamanı Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib, bu sənədin tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindəki rolu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 All News