Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi

Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi
23.12.2025 14:54 Xarici siyasət

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV-nin məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

Zati-aliləri, mən Bakıda olarkən "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda "Pakistan Asan Xidmət" mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra "Pakistan Asan Xidmət" mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış "Pakistan Asan Xidmət" mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XƏBƏR LENTİ
31 MAY 2026
Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Bütün Xəbərlər