Prezident İlham Əliyev Jomart Tokayevi təbrik etdi

Prezident İlham Əliyev Jomart Tokayevi təbrik etdi
03.06.2025 12:58 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Jomart Tokayevi təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasının 20 illiyi münasibətilə mənə ünvanladığınız təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə bu əlamətdar ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizinlə tam razıyam ki, bu mühüm sənəd Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixində yeni səhifə açaraq əməkdaşlığımızı daha da möhkəmləndirmişdir.

Dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini özündə əyani şəkildə əks etdirən bu tarixi sənəd bütün səviyyələrdə fəal siyasi dialoqun inkişafına, iqtisadi, ticari, humanitar və digər sahələrdə səmərəli tərəfdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.

Qardaş ölkə və etibarlı strateji tərəfdaşımız olan Qazaxıstanla əlaqələrimizin hazırkı səviyyəsi məmnunluq doğurur. İkitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Eyni zamanda ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi təqdirəlayiqdir.

İnanıram ki, xalqlarımızın qardaşlığı, ortaq tarixi-mədəni kökləri, mənəvi dəyərləri kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan ənənəvi dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Kasım-Jomart Kemeleviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram."

XƏBƏR LENTİ
03 IYUN 2026
VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 Bütün Xəbərlər