Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi
19.06.2025 10:56 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

FOTOLAR

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi — 1
Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər