Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul etdi

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul etdi
13.05.2026 20:21 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının üzvləri xanım Marsela Çavoyovanı və xanım Zuzana Mateyçikovanı qəbul edib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Azərbaycan və Slovakiya dövlətləri arasında sıx əlaqələrin mövcud olduğunu bildirib.

Ombudsman qonaqlara bu yaxınlarda ölkəmizə səfər edən slovakiyalı həmkarı ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında mövcud olan dostluğa və tərəfdaşlığa əsaslanan əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Müvəkkil qonaqları mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Səbinə Əliyeva ötən illər ərzində mandatının genişləndirildiyini, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qruplarının yaradıldığını, bu sahədə müsbət təcrübələrin əldə olunduğunu qeyd edib.

Slovakiya Milli Şurasının üzvləri Marcela Čavojová və Zuzana Matějčková öz növbələrində səmimi qəbula görə Ombudsmana təşəkkürlərini ifadə edib, iki ölkə arasında çoxşaxəli əlaqələrin uğurla davam etdirildiyini, Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 All News