Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi
27.05.2025 18:11 Xarici siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinin Pekin şəhərində keçirilən 11-ci Çin və Qloballaşma Forumuna tərəfdaş qismində qoşulub. 

Bu barədə TodayPress TV-yə Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, forum çərçivəsində Çin-ABŞ, Çin-Avropa İttifaqı və Çin-Yaxın Şərq münasibətləri, süni intellekt sahəsində yeniliklər və demoqrafik çağırışlar kimi aktual mövzular ətrafında 15 panel müzakirəsi keçirilib. Bu müzakirələrdə Mərkəzin üzvləri də çıxışçı qismində iştirak ediblər. 

Səfər çərçivəsində Mərkəzin üzvləri bir sıra yüksək səviyyəli görüşlər keçiriblər.  Xarici İşlər üzrə Çin Xalq İnstitutunun (CPIFA) prezidenti Vanq Çao ilə keçirilən görüşdə Mərkəz və Çin arasında əməkdaşlığın gələcək imkanları, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Üzvlər həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında baş katibi Nurlan Yermenbayev ilə də görüşdə olublar. 

Görüşlər zamanı Mərkəzin təşkilatçılığı ilə hər il baş tutan Qlobal Bakı Forumunda Çin tərəfinin iştirakı və birgə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. 

Ümumi müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari və gələcək fəaliyyət istiqamətləri, o cümlədən bu il Özbəkistanda və Nyu-Yorkda keçiriləcək ali səviyyəli toplantılar, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq Urban Forum barədə də fikir mübadiləsi aparılıb. 

Səfər zamanı nümayəndə heyətinin iştirakı ilə Sinxua Universitetindin Şvartsman Kolecində “Multilateral Təşkilatlar Vasitəsilə Bəşəriyyətin Ortaq Qlobal Problemləri ilə Üzləşmək” mövzusunda tədbbir təşkil edilib.

Tədbir çərçivəsində Mərkəzin üzvləri çıxışlar edərək beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Çinin müasir dünyadakı rolu və qlobal çağırışlara qarşı birgə həll yolları haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.  Nümayəndə heyəti, o cümlədən Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (CIISS) ilə də görüşdə olub və burada potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzini sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri – Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Sloveniyanın sabiqPrezidenti Borut Pahor, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Vladimir Norov, Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa, Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanoviç, Moldovanın sabiq Baş naziri Dumitru Bragiş və İspaniyanın sabiq xarici işlər naziri Ana Palacio təmsil ediblər. 

Bu səfər Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Çin arasında münasibətlərin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal dialoqun təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

FOTOLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 1
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 2
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 3
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 4
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 5
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 6
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinə səfər etdi — 7
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər