Bakıda Türk şəhidliyi ziyarət edildi

Bakıda Türk şəhidliyi ziyarət edildi
29.08.2025 12:19 Xarici siyasət

Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Əvvəlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub. Sonra isə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Səfiri Birol Akgün abidənin önündə çıxış edib.

O, Azərbaycan və Türkiyə şəhidlərini rəhmətlə anaraq ruhları qarşısında öz ehtiramını ifadə edib.

Birol Akgün ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməyə davam edəcəyini vurğulayıb.

Ardınca Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, qərənfillər düzülüb.

Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.

FOTOLAR

Bakıda Türk şəhidliyi ziyarət edildi — 1
Bakıda Türk şəhidliyi ziyarət edildi — 2
Bakıda Türk şəhidliyi ziyarət edildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər