Azərbaycanla Niderland beynəlxalq və regional məsələləri müzakirə etdi

Azərbaycanla Niderland beynəlxalq və regional məsələləri müzakirə etdi
15.10.2025 17:26 Xarici siyasət

Niderlandda səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vink ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə son müddətdə iki ölkə arasında yüksək səviyyədə baş tutmuş təmasların, xüsusilə də Kopenhaqen şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplatısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Niderland Krallığının Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün əlaqələrin inkişafı üçün müsbət zəmin yaratdığı qeyd olunub.

Tərəflər mütəmadi siyasi dialoqun, bu çərçivədə xarici işlər nazirləri arasında beynəlxalq platformalar çərçivəsində görüşlərin, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması üçün cari ilin fevral ayında nazir müavini Marsel de Vinkin Bakıya səfərinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi əməkdaşlığın iki ölkə arasında əlaqələrdə mühüm yer tutduğu qeyd olunub və Niderland şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub.

İkitərəfli və çoxtərəfli gündəlikdə olan mövzular, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər, o cümlədən post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi və tarixi Vaşinqton görüşünün nəticələri də görüşdə diqqət mərkəzində olub.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın bölgədə davamlı inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə məlumat verib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər