Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
27.08.2025 16:10 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s. aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.

Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər.

Ölkənin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan münasibətlərin Uqandanın Hərəkata sədrliyi zamanı da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov həmçinin müqabil tərəfə ölkənin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın "ASAN Xidmət" modelinin Uqandada uğurlu tətbiqinin iki ölkə arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.

Ceyhun Bayramov, eyni zamanda, avqustun 8-də baş tutan Vaşinqton görüşünün nəticələri barədə qarşı tərəfi məlumatlandırıb, bu tarixi görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflandığını, o cümlədən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlandığını diqqətə çatdırıb.

Con Mulimba Vaşinqton görüşü çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi razılaşmaların əldə edilməsi münasibətilə öz təbriklərini çatdırıb, prosesin uğurla nəticələnməsinə dair ümidvarlıq ifadə edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycanla Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Uqanda tərəfindən isə xarici işlər üzrə dövlət naziri Con Mulimba rəhbərlik edib.

FOTOLAR

Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi — 1
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi — 2
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi — 3
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi — 4
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər