Azərbaycan və Suriya XİN başçıları görüşdülər

Azərbaycan və Suriya XİN başçıları görüşdülər
21.06.2025 20:35 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının Səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitar yardımın davam etdiriləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki cari gərginliklər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış eskalasiyanın narahatlıq doğurduğu, vəziyyətin diplomatik yollarla tənzimlənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 Bütün Xəbərlər