Azərbaycan üçün örnək platforma: İkinci onillikdə şəhərsalma proqramları sürətləndiriləcək

Azərbaycan üçün örnək platforma: İkinci onillikdə şəhərsalma proqramları sürətləndiriləcək
17.05.2026 18:13 Xarici siyasət

“Biz bu tədbirin təşkilinə dəstək verən və burada çalışan bütün insanları hesablasaq və bura daxil etsək, iştirakçıların sayı 50 mindən çox olacaq. Prezident İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də UN-Habitat-ın və İcraçı Direktor Anaklaudia Rossbaxın mühüm platformanın yaradılmasındakı səylərini yüksək qiymətləndiririk”.

TodayPress TV  xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Toplantısının bağlanış seqmentində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri çıxışında 182 ölkədən minlərlə qeydiyyatdan keçmiş iştirakçının olduğunu xatırladaraq, görüşün qlobal əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, hazırkı dövrün şəhərsalma siyasəti üçün bir dönüş nöqtəsi olduğunu vurğulayıb:

“Bugünkü görüş mühüm bir məqamda baş tutdu. 2026-cı il Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) 20 illik icra üfüqünün tam orta nöqtəsini qeyd edir. Kitoda Birləşmiş Millətlər Təşkilatının Mənzil Təminatı və Dayanıqlı Şəhərsalma üzrə Konfransında qəbul edilməsindən 10 il sonra, Yeni Şəhər Gündəliyi layiqli mənzil təminatının, eləcə də inklüziv, təhlükəsiz, dözümlü və davamlı şəhərlərin və yaşayış məskənlərinin inkişaf etdirilməsi üçün həyati əhəmiyyətli bir çərçivə olaraq qalmaqdadır”.

Gələcək hədəflərə və qlobal şəhərsalma proqramlarının icra tempinə toxunan Anar Quliyev bəyanatını bu çağırışla tamamlayıb:

“Bugünkü müzakirələr aydın şəkildə göstərdi ki, icranın növbəti onilliyi sürətləndirilmiş icra, daha güclü tərəfdaşlıqlar və ölçülə bilən tərəqqi onilliyi olmalıdır”.

Qiymət Mahir

NEWS FEED
01 JUNE 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 All News