Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı

Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı
16.10.2025 11:30 Xarici siyasət

Azərbaycan İndoneziya və Qətərlə əmək və məşğulluq sahəsindəki gələcək əməkdaşlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, müzakirələr əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Dohada baş tutan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransında iştirakı çərçivəsində baş tutub.

Anar Əliyev Qətərdə İndoneziyanın işçi qüvvəsi naziri prof. Yassierli ilə görüşüb. Azərbaycan ilə İndoneziya arasında münasibətlərin dostluq məcrasında inkişafından bəhs edilib. Əmək və məşğulluq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Bu sahədə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Həmçinin, Qətər Dövlətinin əmək naziri dr. Ali bin Saeed bin Samikh Al Marri ilə görüş olub. Azərbaycan-Qətər münasibətlərinin iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyədə olduğu və daim inkişaf etdiyi, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Hər iki görüşdə Azərbaycanda son illər əmək və məşğulluq sahəsində aparılan islahatlara, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması sahələrində görülən işlərə dair məlumatlar verilib.

İƏT-in Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əlaqələrin genişlənməsində rolu qeyd edilib, gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

TodayPress TV

FOTOLAR

Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 1
Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 2
Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 3
Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 4
Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 5
Azərbaycan İndoneziya və Qətərlə müzakirələr apardı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər