Azərbaycan-ABŞ anlaşma memorandumunun qüvvədə qalacağı müddət açıqlandı

Azərbaycan-ABŞ anlaşma memorandumunun qüvvədə qalacağı müddət açıqlandı
29.08.2025 21:45 Xarici siyasət

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında anlaşma memorandumu İştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır.

TodayPress TV xəbər verir ki, memorandum iştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər.

Hər bir İştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər İştirakçıya diplomatik kanallar vasitəsilə altmış (60) gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir.

Layihələrin davam etmə müddəti: İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki İştirakçı arasında bu Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.

Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirilə bilərlər.

Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu Memorandum çərçivəsində İştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir İştirakçının bu Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu İştirakçılar arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir edilməsi nəzərdə tutulmur.

Memorandum Vaşinqton şəhərində, 8 avqust 2025-ci il tarixində, ingilis dilində iki orijinal nüsxədə imzalanıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər