Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü

Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü
04.06.2025 12:04 Xarici siyasət

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub. 

Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib.

O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib. 

Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib.

O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.  Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və “Osaka 2025” sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.

FOTOLAR

Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü — 1
Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü — 2
Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşdü — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər