20 trilyondan 40 trilyona: ABŞ-nin dövlət borcu rekord həddə çatdı
ABŞ-nin dövlət borcu 2017-ci ildən etibarən 20 trilyon dollardan rekord həddə olan 40 trilyon dollara yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında bildirilib.
Məlumata əsasən, dövlət borcu 40 trilyon dolları ötüb və on ildən az müddətdə iki dəfə artıb. Dövlət xərclərinin gəlirləri üstələməsi səbəbindən borc kəskin artıb ki, bu da ABŞ-ni büdcə kəsirini qarşılamaq üçün daha çox vəsait borc almağa məcbur edir.