ÇL: “Fənərbaxça” “Benfika”nı ram edə bilmədi

ÇL: “Fənərbaxça” “Benfika”nı ram edə bilmədi
21.08.2025 09:40 UEFA

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin növbəti oyunlar keçirilib.

TodayPress TV xəbər verir ki, baş tutan 4 qarşılaşma ilə mərhələnin ilk görüşlərinə yekun vurulub.

Türkiyənin İstanbul şəhərində “Fənərbağça” Portuqaliyanın “Benfika” klubu qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb, 0:0. 

Qazaxıstanın “Kayrat” klubu Şotlandiyada sürprizə imza atıb. Komanda “Seltik”lə səfər qarşılaşmasında heç-heçəyə nail olub. Bu görüşdə də tablodakı sıfırlar dəyişməyib.

“Bazel” – “Kopenhagen” görüşündə də qalib məlum olmayıb. Amma ilk iki qarşılaşmadan fərqli olaraq bu dəfə qapılara qol vurulub, 1:1. 

"Budo/Qlimt" ilk oyunda inamlı qələbə qazanıb. Norveç təmsilçisi “Şturm”un qapısından 5 cavabsız top keçirib. Norveç çempionu Liqa mərhələsinə vəsiqəni, demək olar ki, təmin edib.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 26-27-də keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər