“China Ready” proqramının təqdimatı keçirildi

“China Ready” proqramının təqdimatı keçirildi
27.08.2025 12:38 Turizm

Avqustun 27-də Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək, həmçinin turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək məqsədini daşıyan “China Ready” proqramının təqdimatı baş tutub.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfərinin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər və yeni vəzifələr müəyyənləşdirdiyini, hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin turist axınının artmasına, turizm sahəsində işgüzar fəaliyyətin, iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

O, Çinin Azərbaycan turizmi üçün əsas strateji və prioritet bazarlardan biri olduğunu, son dövrlərdə çinli turistlərin sayında nəzərəçarpacaq artımın müşahidə edildiyini, fəal təmsilçiliyin təmin edilməsi və Çin bazarının potensialının daha yaxşı dəyərləndirilməsi məqsədilə yaxın müddətdə Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

“China Ready” proqramı çərçivəsində ekspertlər tərəfindən mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə praktik tövsiyələr və Çin bazarında fəaliyyət üçün aktual yanaşmalar üzrə təlim keçiriləcək. Təlimdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu və turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin turizm bazarına çıxış strategiyaları haqqında təqdimatlar ediləcək.

Təlimdə iştirak edən və yekun imtahandan uğurla keçən iştirakçılara rəsmi sertifikat veriləcək və növbəti 12 ay ərzində e-poçt vasitəsi ilə Çin turizm bazarı üzrə yenilənmiş məlumatlar göndəriləcək.

Qeyd edək ki, “China Ready” beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir.  Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınan proqram çinli turistlərin qəbulu üçün zəruri tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılmış “China Ready” proqramı Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi model kimi artıq 6 qitə üzrə 53 ölkədə tətbiq olunub. 

2024-cü il ərzində Azərbaycan Respublikasına səfər edən Çin Xalq Respublikası vətəndaşlarının sayı 2023-cü il ilə müqayisədə 93% artaraq 44 798 nəfərə çatıb. Cari ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56% artım deməkdir.

FOTOLAR

“China Ready” proqramının təqdimatı keçirildi — 1
“China Ready” proqramının təqdimatı keçirildi — 2
“China Ready” proqramının təqdimatı keçirildi — 3
“China Ready” proqramının təqdimatı keçirildi — 4
“China Ready” proqramının təqdimatı keçirildi — 5
“China Ready” proqramının təqdimatı keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər