Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir
19.05.2025 15:20 Turizm

“Slow Wine” hərəkatının aparıcı ekspertlərinin, yerli şərabçıların və şərab sənayesi nümayəndələrinin iştirakı ilə icma əsaslı şərabçılıq ənənələrinin və şərab turizmi (enoturizm) imkanlarının inkişaf etdirilməsi üzrə görüş keçirilib.   

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycanın üzümçülük ənənələrinin beynəlxalq platformalarda tanıdılması üzrə əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin yerli istehsalçılarla icma əsaslı, şəffaf və dayanıqlı şərab istehsalına dair təcrübə və fikir mübadiləsi aparılıb.

İtaliyalı ekspertlərdən ibarət nümayəndə heyəti İsmayıllı, Qəbələ, Ağsu və Şamaxıda fəaliyyət göstərən şərab təsərrüfatlarını da ziyarət ediblər. 

Onlar yerli şərab istehsalını dəstəkləyən təbii şərtlər, ənənəvi becərmə və istehsal metodları ilə tanış olublar. 

Qeyd edək ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir. 

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır.

Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

FOTOLAR

Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 1
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 2
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 3
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 4
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 5
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 6
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir — 7
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər