Azərbaycan və Vyetnam müzakirələr apardı

Azərbaycan və Vyetnam müzakirələr apardı
08.09.2025 17:17 Turizm

Sentyabrın 8-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndə heyətinin Vyetnamın Hanoy şəhərinə təşkil olunan işgüzar səfəri çərçivəsində Vyetnamın turizm üzrə aidiyyəti qurumlarının iştirakı ilə görüşlər keçirilib. 

TodayPress TV xəbər verir ki, səfərdə ATB və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialı və turizm imkanlarının təqdim edildiyi tədbir baş tutub.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit və Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin iştirakı ilə keçirilən tədbirdə, həmçinin turizm sahəsi üzrə təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. 

Tədbirdə Vyetnam Sosialist Respublikasındakı diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm sənayesi nümayəndələri, turizm agentlikləri və tələbələr iştirak ediblər. 

Səfər çərçivəsində Vyetnam Milli Turizm Administrasiyası və "VietJet Air" aviaşirkətinin rəhbər heyəti ilə görüşlər keçirilərək, turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Qeyd edək ki, 4-6 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirib.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Vyetnam müzakirələr apardı — 1
Azərbaycan və Vyetnam müzakirələr apardı — 2
Azərbaycan və Vyetnam müzakirələr apardı — 3
Azərbaycan və Vyetnam müzakirələr apardı — 4
Azərbaycan və Vyetnam müzakirələr apardı — 5
Azərbaycan və Vyetnam müzakirələr apardı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər