Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olundu

Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olundu
09.07.2025 16:47 Turizm

8-9 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirak edib.

TodayPress TV xəbər verir ki, toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib. 

Fuad Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərlə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraq turizm üzrə statistik göstəricilərdən bəhs edib. 

Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib. 

Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid Muzey Kartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələr tərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyata keçirilməsi təklifi müzakirə edilib. 

İclas çərçivəsində “Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

FOTOLAR

Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olundu — 1
Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olundu — 2
Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olundu — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər