Zəngəzur dəhlizindən hansı ölkələr faydalanacaq? – TƏHLİL

Zəngəzur dəhlizindən hansı ölkələr faydalanacaq? – TƏHLİL
10.09.2025 10:22 Təhlil

“Zəngəzur dəhlizi bir çox ölkə üçün müxtəlif aspektlərdən strateji əhəmiyyət daşıyan mühüm keçid nöqtəsidir".

Siyasi ekspert Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.


O, dəhlizi Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin edən həyati arteriya adlandırıb. Dəhliz, həmçinin Azərbaycanın regional mövqeyini gücləndirir və Türkiyə ilə quru yolunu açır.

Türkiyə üçün əhəmiyyəti

Dəhlizin Türkiyə üçün əhəmiyyətindən bəhs edən ekspert bildirib ki, Zəngəzur dəhlizi Türk dünyasına, yəni Azərbaycana və Orta Asiya dövlətlərinə birbaşa çıxış imkanı verir. Bu, Ankara üçün strateji üstünlükdür. Türkiyə, həmçinin bu yol vasitəsilə Orta Asiyaya ikinci dəhliz əldə edir ki, bu da postsovet məkanında onun təsirini daha da artırır.

Rusiya üçün əhəmiyyəti

K.Sultanlı, həmçinin dəhlizin Rusiya üçün önəmindən də bəhs edib:

"Rusiya üçün əvvəlcə dəhliz üzərində nəzarət önəmli idi, lakin Azərbaycan və Ermənistan buna imkan vermədi. Buna baxmayaraq, Moskva sərhəd xidməti vasitəsilə İranla sərhəd nəzarətinə ümid edir. Eyni zamanda dəmiryol nəqliyyatına yatırım etməklə kommunikasiya xətlərinin açılmasında pay sahibi ola bilər. Bu, həm Avrasiya İqtisadi İttifaqına üzv Ermənistanla iqtisadi əlaqələri Yuxarı Lars yolundan asılılıqdan qurtarmaq, həm də Yaxın Şərqə etibarlı çıxış əldə etmək imkanı verə bilər. Bununla Rusiya Cənubi Qafqazdakı mövcudluğunu qoruyar və nüfuzunu artıra bilər".

Ermənistan üçün əhəmiyyəti

Analitikin qənaətincə, Ermənistan üçün dəhliz həm risk, həm də fürsət yaradır. Bir tərəfdən, suverenlik məsələləri ilə bağlı daxildə narahatlıqlar güclüdür. Digər tərəfdən, tranzit ölkəyə çevrilməsi İrəvana yeni iqtisadi imkanlar aça bilər. Ermənistan zəif halqa olaraq Rusiya və ABŞ kimi böyük güclərin rəqabət meydanına çevrilmək riski daşısa da, dalan dövlət statusundan çıxmaq ölkə üçün böyük imkanlar deməkdir.

"Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya marşrutu baxımından Zəngəzur dəhlizi yükdaşımaları daha qısa və səmərəli edə bilər. Gürcüstan üzərindən keçən marşrut qədər qısa məsafəyə malik olmasa da, Azərbaycan, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artıra bilər. Ermənistan iqtisadiyyatı da bu dəhlizdən tranzit gəlirlər qazana, qaz və elektrik xətləri üçün yeni imkanlar əldə edə bilər. Bu isə regionun enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək və Azərbaycanın Naxçıvanla əlaqələrində İrandan asılılığını daha da azaldacaq", - deyə şərhçi vurğulayıb.

Avrasiya məkanında yeni reallıq 

Onun fikrincə, geoiqtisadi nəticələr baxımından Zəngəzur dəhlizi yalnız Azərbaycan-Ermənistan münasibətlərinə təsir etməyəcək, həm də Türkiyə–Azərbaycan–Mərkəzi Asiya xəttini gücləndirərək Avrasiya məkanında yeni reallıq yaradacaq. Lakin ABŞ və Rusiyanın bu məsələdə mövqelərinin uzlaşmaması halında, Çin və Moskva Türk dünyasının Orta Asiya xəttinə daha çox təzyiq göstərə bilər.

“Ən çox faydalanacaq ölkələr Azərbaycan, Türkiyə, Mərkəzi Asiya dövlətləri və müəyyən qədər Rusiya olacaq. Ermənistan isə konstruktiv mövqe tutacağı təqdirdə tranzit gəlirlər və iqtisadi inteqrasiya baxımından qazanclı çıxacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun iştirakçılarına müraciətində bildirib ki, Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat yolu rolunu oynayacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər