Yəhudi məktəbində niyə partlayış baş verdi?: “Təxribatlar artacaq...” – RƏY

Yəhudi məktəbində niyə partlayış baş verdi?: “Təxribatlar artacaq...” – RƏY
14.03.2026 20:10 Təhlil

Martın 13-də Amsterdamda yəhudi məktəbində partlayış baş verib. Şəhərin meri Femke Halsema partlayışın "yəhudi icmasına qarşı qəsdən edilən hücum" olduğunu bildirib.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, yəhudi məktəbinə edilən hücum, şübhəsiz ki, Yaxın Şərqdə cərəyan edən proseslərin bilavasitə nəticəsidir.  


Onun sözlərinə görə, Avropada kök salmış antisemitizm dalğası hazırda yenidən yüksəlməkdədir. 

“İsrailin Qəzzada yaratdığı humanitar böhran və İranla yaşanan hərbi gərginlik Avropada yəhudilərə qarşı mənfi rəyin formalaşmasına, eləcə də onlara qarşı təxribatların artmasına rəvac verir”. 


Ekspert vurğulayıb ki, tarix boyu Avropada təqiblərə məruz qalan yəhudilər üçün bu gün bənzər bir mühit yaranır. 

“Nə qədər ki, Fələstin məsələsi həllini tapmayıb, Qəzzada mülki insanlar hədəf alınır və İranda hərbi gərginlik davam edir, Qərb ölkələrində yəhudilərə və onların ibadət yerlərinə qarşı hücumların davam etməsi qaçılmaz görünür”, - deyə analitik izah edib. 

Qeyd edək ki,  baş verən partlayışa görə məsuliyyəti radikal təşkilat olan “Sağçı İslam Gənclər Hərəkatı” (Islamic Movement of Right-Wing Youth) öz üzərinə götürüb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 All News