Vaşinqton Türkiyədən də dəstək gözləyir, əks təqdirdə...

Vaşinqton Türkiyədən də dəstək gözləyir, əks təqdirdə...
08.09.2025 16:24 Təhlil

"Sanksiyalara qoşulmadığı təqdirdə Avropa İttifaqı və ABŞ-nin Türkiyəyə qarşı hansısa tədbirlər görəcəyi inandırıcı deyil".

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna–Rusiya müharibəsində mürəkkəb və ağır vəziyyət yaranıb:

"Müharibə başlayandan bəri ilk dəfədir ki, Moskva hücumlarının intensivliyini və şiddətini artıraraq strateji mülki obyektləri hədəf alıb. Bir müddət əvvəl Avropa İttifaqının, “Azadlıq” radiosunun, bəzi səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin yerləşdiyi binalar ciddi ziyan gördü. Nazirlər Kabineti də vuruldu. Kremlin ritorikası daha sərt və barışmaz xarakter alıb.

ABŞ artıq əmin oldu ki, Rusiya Prezidenti Vladimir Putini dialoqa və kompromisə gətirmək üçün edilən təşəbbüslər mənasızdır. Buna görə də Ağ Ev rəhbərliyi Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləmək məcburiyyətində qalıb. Lakin burada da hər şey ABŞ və Qərbin müttəfiqlərinin istədiyi kimi olmayacaq. Çin və Hindistanı sanksiyalarla Rusiyadan uzaqlaşdırmaq, onların ucuz enerji resurslarının idxalından imtina etməsinə nail olmaq mümkün görünmür. ABŞ Prezidenti Donald Trampın Yeni Delhini və Pekini yüksək tariflər, o cümlədən rüsumlarla hədələməsinə baxmayaraq, hər iki ölkə Moskva ilə əməkdaşlığını nəinki dayandırmadı, hətta daha da genişləndirməkdədir".

Siyasətçi əlavə edib ki, Rusiya ilə Çin arasında enerji sahəsi də daxil olmaqla, ümumilikdə 22 sənəd imzalanıb. Həmin sənədlər arasında Rusiya qazının Çin bazarlarına çıxarılması üçün iri layihələr üzrə razılaşmalar da yer alır. Vaşinqton Avropanı alternativ enerji ilə təmin etmədən, Rusiyaya qarşı sanksiyalara tam şəkildə cəlb edə bilməyəcək. Xüsusən də iqtisadiyyatı böyüyən və Rusiyanın təbii qazından bilavasitə asılı olan Macarıstan, Slovakiya kimi ölkələri bu prosesə cəlb etmək çətin görünür.

“Şimal Axını” və “Şimal Axını 2” qaz boru xətləri ilin əvvəlində partladıldı, Ukrayna üzərindən keçən xətt də şəbəkədən ayrıldı, bir həftə əvvəl isə “Dostluq” qazötürücü stansiyası vuruldu. Buna baxmayaraq, Fransa, İspaniya, Niderland və Belçika hələ də Rusiyadan böyük həcmdə mayeləşdirilmiş qaz idxal etməkdədir. Enerji şaxələndirilməsi və təhlükəsizliyi ilə bağlı məsələlər həllini tapmayınca, Qərbin tətbiq olunacaq yeni sanksiyalara nə qədər tab gətirəcəyi hələ də aydın deyil.

Türkiyəyə gəlincə, rəsmi Ankara təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də enerji qovşağı olmaq iddiasındadır. “Türk Axını”ndan imtina etməsi və Birləşmiş Ştatların yeni sanksiyalar paketinə qoşulması qardaş dövlətin maraqlarına ziddir. Ankara böyük maliyyə və siyasi itkiləri gözardı edə bilməz. Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlər saxlaması və neytrallığını qoruması Qərb üçün də faydalıdır. Bu, ən azından açıq qapının qalmasına imkan verir", - deyə Ə.Orucov vurğulayıb.

O, Aİ və ABŞ-nin Türkiyənin sanksiyalara qoşulmadığı təqdirdə, ona qarşı hansısa tədbirlər görəcəyinə inanmır:

"Bu, böyük səhv olardı. Türkiyə onsuz da Ukraynaya dəstəyini ifadə edir. Ukraynada birgə İHA-lar istehsal olunur. Məncə, Türkiyə milli maraqlarını güzəştə getməz və heç bir güc onu buna məcbur edə bilməz".

Qeyd edək ki, Ağ Evdən bir mənbəyə istinadla xəbər yayılıb ki, ABŞ Avropadan təkcə Rusiya neftindən imtina deyil, həm də Rusiyanın enerji resurslarının əsas idxalçıları olan Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyalarda dəstək gözləyir. Bu informasiya ABŞ-nin mövcud enerji siyasətinin növbəti mərhələsini əks etdirir.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Vaşinqton Türkiyədən də dəstək gözləyir, əks təqdirdə... — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Bütün Xəbərlər