“Ukrayna münaqişəsində həlledici məqam bu olacaq” - Ramiz Yunus AÇIQLADI

“Ukrayna münaqişəsində həlledici məqam bu olacaq” -  Ramiz Yunus AÇIQLADI
31.07.2025 11:13 Təhlil

“Müasir Rusiya Sovet İttifaqının taleyini təkrarlayır”. 

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.

O, məşhur alman filosofu Georq Vilhelm Fridrix Hegeldən sitat gətirib: 

“Hegel deyib: “Əgər bir hadisə ikinci dəfə təkrarlanırsa, o artıq zərurətə çevrilir”. Bu fikir hazırda müasir Rusiyanın vəziyyətinə tamamilə uyğun gəlir. Rusiya Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə ilə istər şüurlu, istərsə də qeyri-ixtiyari şəkildə Sovet İttifaqının taleyini təkrarlamağa başlayıb.

Sovet qoşunları 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdən sonra SSRİ daxilində dərin böhranlar yarandı. Sovet lideri Leonid Brejnev dövrünün “zastoy” (durğunluq - red.) mərhələsi ilə başlayan bu proses, 1989-cu ildə sovet qoşunlarının Əfqanıstandan çıxarılması və nəhayət, 1991-ci ildə “şərin imperiyası”nın süqutu ilə nəticələndi. İmperiyaların dağılması nadir hallarda dinc şəkildə baş verir. Bu, həm daxili, həm də sərhədyanı ərazilərdə böyük kataklizmlərlə müşayiət olunur. Bu gün postsovet məkanında Rusiyanın qonşuları Ukraynanın apardığı müqavimət müharibəsinə mental olaraq dəstək verirlər. Çünki bu mübarizənin nəticəsi yalnız Ukraynanın deyil, onların da taleyini müəyyənləşdirəcək”.

Onun sözlərin görə, Şuşada keçirilmiş III Qlobal Media Forumuna və Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmamaq” fikrinə qarşı Kremlin ruporu olan media qurumlarının sərt reaksiyası da təsadüfi deyil. Bu, əslində SSRİ dövründə “Vremya” proqramının təbliğat ritorikasını xatırladan informasiya metaztazlarıdır. 

Analitik həmçinin xatırladıb ki, SSRİ-nin süqutu tədricən və idarə olunan şəkildə baş verib. Qərb bu prosesi nəzarətdə saxlayıb, çünki nüvə silahı olan bir imperiyanın xaosa yuvarlanması təhlükəli sayılırdı. Bu gün isə vəziyyət daha fərqlidir - Rusiyanın resurs bazası SSRİ-dən də zəifdir, müasir Qərb isə daha güclüdür. 

Ramiz Yunusun fikrincə, Ukrayna bugünkü qlobal toqquşmanın əsas döyüş meydanına çevrilib – necə ki, 1980-ci illərdə bu rol Əfqanıstana verilmişdi. ABŞ və Avropa artıq strateji razılığa gəlib, qitə ABŞ-nin “çətiri” altından çıxaraq müstəqil hərəkət etməyə başlayıb. Lakin münaqişənin həlli üçün həlledici məqam Vaşinqtonun Pekinlə nə dərəcədə anlaşa bilməsi olacaq:

“1970-ci illərdə ABŞ-nin 37-ci prezidenti Riçard Nikson, dövlət katibi Henri Kissincer və Çin lideri Den Syaopin arasında razılaşma oldu və burada Tayvanı sövdələşmə vasitəsi kimi istifadə etdilər. Bənzər təklifin bu gün də Çinə edilib-edilməyəcəyini yaxın vaxtlarda görəcəyik. Hələlik isə Ukraynada müharibə davam edəcək. Çünki çağdaş dünyada “hüququn gücü” yox, “gücün hüququ” işləkdir. Buna görə də Ukraynanın və onun qəhrəman xalqının geri çəkilmək fikri yoxdur - bu mübarizə yeni dünya düzəninin taleyini həll edəcək”. 

Analitik sonda 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan ingilis siyasi və dövlət xadimi Uinston Çörçilin “Əgər cəhənnəmdən keçirsinizsə gedin, dayanmayın” sözlərini xatırladıb.  

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər