Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY

Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY
23.07.2025 12:33 Təhlil

“Ermənistanın ötən 5 ildə sərgilədiyi qeyri-konstruktiv mövqe artıq nə regiona, nə də özünə fayda gətirə bilər”.

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinə yönəlik tənqidlər regional siyasi dinamikaların tam mərkəzinə toxunur. 

“Ermənistan 2020-ci il 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə yubadır. Əslində, Ermənistanın bu məsələ ilə bağlı qeyri-müəyyən və tərəddüdlü davranışı təsadüfi deyil. Bu, ilk növbədə, Ermənistanla Rusiya arasında Zəngəzur dəhlizi üzərində nəzarət mexanizmləri ilə bağlı dərin fikir ayrılığının nəticəsidir. 

Ermənistan bu marşrutun Rusiyanın nəzarətinə keçməsini istəmir, bunun əvəzinə ya beynəlxalq şirkət, ya da birbaşa Ermənistanın öz nəzarətində olmasını tələb edir. Lakin reallıq göstərir ki, bu cür ikili standartlı yanaşma nə regionda davamlı sülhə, nə də inteqrasiya layihələrinin reallaşmasına xidmət edir”.

Analitik diqqətə çatdırıb ki, rəsmi Bakının bu məsələdə mövqeyi aydındır və prinsipialdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizindən təhlükəsiz, maneəsiz və səmərəli şəkildə istifadəni təmin etmək niyyətindədir. Bu, yalnız Azərbaycanın deyil, regionun nəqliyyat konfiqurasiyasının əsas dayağı sayılan layihənin taleyi üçün həlledici amildir.

“Ermənistanın dəhlizin açılmasına mane olan davranışları təkcə onun öz siyasətinə deyil, həm də xarici güclərin bölgəyə təsirinə bağlıdır. Bu qüvvələrin başında, İran dayanır. Tehran bu nəqliyyat xəttinin açılmasında iştirak və ya nəzarət imkanına malik olmadığı təqdirdə, prosesə qarşı açıq və ya dolayı yolla əngəl yaradır. Rusiya da öz maraqları baxımından bu məsələyə selektiv yanaşma sərgiləyir, bu da prosesin dayanıqlı şəkildə irəliləməsinə mane olur. Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın səbirli, amma qətiyyətli mövqeyi, əslində, regionda yeni bir reallığın, güc və hüququn uzlaşdırıldığı siyasətin təzahürüdür. Ermənistan isə bu yeni reallığı qəbul etmək istəmədikcə, yalnız regiondakı imkanlardan deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm həlqəsi olmaq fürsətindən uzaq düşəcək”.

Qeyd edək ki, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə əsas müzakirə mövzulardan biri olub. 

Töhfə Səməd

FOTOLAR

Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Bütün Xəbərlər