Prosesə təkan verildi: Rusiya bu şərtlə danışıqlar masasından çəkilə bilər – İDDİA

Prosesə təkan verildi: Rusiya bu şərtlə danışıqlar masasından çəkilə bilər – İDDİA
22.05.2025 11:09 Təhlil

“İndiki mərhələdə ABŞ Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməyə çəkinir. Çünki belə olarsa, Rusiya ümumiyyələ danışıqlar masasından çəkilə bilər”. 

Politoloq Sultan Zahidov bunu TodayPress TV-yə danışarkən deyib.

O, ABŞ-nin sanksiyaları sərtləşdirməsinin Rusiyanı öz mövqeyindən geri çəkəcəyinə inanmır:

“ABŞ-nin hazırda Rusiyaya qarşı strategiyası daha çox “kökə və qamçı” siyasətini xatırladır: gərəkliyində şirnikləndirmək, gərəkliyində isə sərt mexanizmlər tətbiq etmək. İstənilən halda düşünmürəm ki, ABŞ-nin sanksiyaları sərtləşdirməsi Rusiyanı öz mövqeyindən geri çəkəcək. Rusiya həm ABŞ-ni küsdürməmək, həm də dünyaya sülhdə maraqlı olduğunu göstərməyə çalışır. Amma irəli sürdüyü şərtlər heç bir halda sülhə uyğun deyil. Tələb edir ki, işğal etdiyi Ukrayna ərazilərinin Ukraynanın nəzarətində olan hissələri də Rusiyaya verilsin. Söhbət  Luqansk, Donetsk, Xerson və Zaporojyenin Ukrayna nəzarətində olan hissələrindən gedir. Bütün şərtlər Rusiyanın sülhdə maraqlı olmadığını deməyə əsas verir. Daha çox ərazi əldə etmək və bu yolla da Ukraynanı ağır kapitulyasiyaya uğratmaq istəyirlər. Ona görə Avropa çalışır ki, Ukraynaya hər vəchlə həm hərbi, həm də siyasi mənada dəstək olsun. Bu məqsədlə Rusiyaya qarşı yeni sanksiyalar paketi də tətbiq edildi”.     

Ekspertə görə, ABŞ bu prosesdən nəticə hasil olmasını istəyir və bu,  olmasa, geri çəkiləcək:   

“Bunu ABŞ prezidenti Donald Trampın son çıxışından sonra da gördük. Putinlə telefon danışığından sonra bildirdi ki, artıq Rusiya-Ukrayna bu danışıqlarda ikitərəfli iştirak etməlidir. Yəni ABŞ bu prosesdə iştirak etməkdə artıq maraqlı deyil. Çünki bu, nəticə vermir və ABŞ-nin statusuna mənfi təsir edir. Bütün dünya görür ki, ABŞ belə bu münaqişəni bitirmək iqtidarında deyil. Ona görə də yaxın zamanda sülhün əldə olunacağı ehtimalı çox azdır. Böyük ehtimalla döyüşlər hələ davam edəcək. Müəyyən fasilələr ola bilər, müəyyən vaxtlarda daha intensiv döyüşlər gedə bilər. Artıq Avropa belə bunun fərqindədir. Bu səbəbdən Avropa Birliyi və Almaniya başda olmaqla Avropanın ayrı-ayrı ölkələri intensiv şəkildə silahlanma proqramına əl atıb. Silahlanma proqramları, həmçinin 800 milyard avroluq “ReArm EU” proqramı gələcək üçün nəzərdə tutulub. Bu, müharibənin potensial uzanması ehtimalına qarşı Avropanın hərbi cəhətdən gücləndirilməsini özündə ehtiva edir”.

Qeyd edək kİ, ABŞ Dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində deyib ki, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər.

Qiymət Mahir

FOTOLAR

Prosesə təkan verildi: Rusiya bu şərtlə danışıqlar masasından çəkilə bilər – İDDİA — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bütün Xəbərlər