Prezidentin Kopenhagen görüşləri: Münasibətlərdə yeni mərhələ

Prezidentin Kopenhagen görüşləri: Münasibətlərdə yeni mərhələ
03.10.2025 13:00 Təhlil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Kopenhagenə işgüzar səfər edib. 

Bu səfər “Avropa Siyasi Birliyi”nin “7-ci Zirvə görüşü” çərçivəsində baş tutub və prezident səfər çərçivəsində  Avropa Komissiyası Prezidenti Ursula Fon der Lyayen, İtaliya Baş naziri Giorgia Meloni və digər Avropa rəsmiləri ilə mühüm ikitərəfli görüşlər keçirib.

Görüşlərdə enerji təhlükəsizliyi, regionda sülh prosesləri və Azərbaycanın Avropa ilə inteqrasiyası kimi prioritet mövzular müzakirə olunub.

“Bu səfər əməkdaşlığın yeni formatlarının müzakirəsinə zəmin yaradır”

Sözügedən görüşləri TodayPress TV-yə şərh edən Deputat Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə iştirakı və rəsmi görüşləri Azərbaycan-Avropa münasibətlərində bir neçə mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Enerji tərəfdaşlığının dərinləşməsi Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır. Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı fonunda Azərbaycan alternativ enerji mənbəyi olaraq Avropanın enerji təhlükəsizliyində diversifikasiya axtarışını dəstəkləyir. Bu səfər əməkdaşlığın yeni formatlarının müzakirəsinə zəmin yaradır və regional enerji inteqrasiyasının genişləndirilməsinə töhfə verəcək”.

“Trampın bu prosesə töhfəsi Avropa liderlərini də aktiv rol oynamağa məcbur edir”

Onun sözlərinə görə, sülh proseslərində Avropanın rolunun artırılması vacibdir. Ermənistan-Azərbaycan münasibətlərində normallaşma və regionda davamlı sülhün təmin olunması üçün Avropa strukturlarının fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın bu prosesə töhfəsi Avropa liderlərini də aktiv rol oynamağa məcbur edir.

Naqif Həmzəyev Azərbaycanın geosiyasi balanslaşdırma siyasətinin davam etdirilməsinin əhəmiyyətini də vurğulayıb.

"Azərbaycan Şərq və Qərblə paralel əməkdaşlıq siyasətini davam etdirir. Bu səfər Azərbaycanın Avropa inteqrasiyasında yeni addımlar atmaq istəyini nümayiş etdirir, lakin bu tam qərbyönümlü siyasətə keçid deyil, çoxtərəfli diplomatiya strategiyasının davamıdır", - o, həmçinin deyib.

Parlamentari onu əlavə edib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi də önəmli istiqamətdir. Enerji sektorundan kənarda ticarət, investisiyalar, infrastruktur layihələri və regional əlaqələndirmə məsələlərində əməkdaşlığın gücləndirilməsi perspektivləri araşdırılır və yaxın zamanlarda bu sahədə mühüm addımların atılması planlaşdırılır.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində davamlı işlər aparılır. Belə yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq arenada konstruktiv və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu səfər praqmatik tərəfdaşlıq və qarşılıqlı maraqlar əsasında qurulan münasibətlərin yeni mərhələsinin göstəricisi hesab olunur. Yəni Avropa üçün enerji təhlükəsizliyi və regional sabitlik, Azərbaycan üçün isə iqtisadi inkişaf və beynəlxalq inteqrasiyada yeniliklər vəd edir. 

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Prezidentin Kopenhagen görüşləri: Münasibətlərdə yeni mərhələ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər