Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır...

Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır...
22.09.2025 16:36 Təhlil

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüş keçirib. Tərəflər Rusiya ilə ittifaqın dərinləşdirilməsi, yeni siyasi hərəkatın qurulması və Baş nazir Nikol Paşinyana qarşı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Analitiklərə görə, bu görüş Ermənistan siyasətində yeni daxili bloklaşmaların başlanğıcı ola bilər. 

Ter-Petrosyan həmçinin Rusiya səfiri ilə də görüşüb. Bu addım gözlənilməz olub, çünki indiyədək qərbyönümlü siyasətçi kimi tanınan və Paşinyanın “boz kardinalı” hesab edilən Ter-Petrosyan birdən-birə əks cəbhəyə keçib.   

Siyasi şərhçi Kənan Novruzov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Koçaryan və Sarkisyanın xisləti və niyyəti əvvəldən məlum olub.

Burada təəccübləndirən Petrosyanın addımıdır. Çünki Petrosyan Ermənistan siyasətində indiyədək qismən praqmatik siyasətçi kimi tanınıb:

“Onun birdən-birə bu addıma getməsində “Rusiyanın barmağı” var. Rusiya Ermənistanda öz təsir imkanlarını artırmağa çalışır. Başa düşür ki, bu, təkcə Sarkisyan və Koçaryanla görüləcək iş deyil. Çünki, onlara inam və etimad azalıb və onlar belə demək mümkünsə, işlənmiş kartlardır. Nə Sarkisyandan, nə də Koçaryandan heç kimə fayda gəlməyəcək. İndi Petrosyanın bu revanşist koalisiyaya keçməsi təbii ki, həm də onlara etimadın artmasına səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, Rusiya bölgədə mövqeyini itirdikcə Ermənistanda daxili siyasəti qarışdırmağa çalışır:

“Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda baş verən proseslərdən çox narahatdır. Birincisi, Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşmasından, ikincisi isə ABŞ-nin Cənubi Qafqaza daxil olmasından. Rusiya Paşinyandan bezib. Düzdür, Ermənistan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, bu xüsusi qeyd olunmalıdır. Amma Paşinyanın daim sağa-sola manevrləri Kremli narahat edir. Rusiya nə Cənubi Qafqazda sülhün əldə olunmasını, nə də Amerikanın bölgəyə gəlməsini istəyir”.

Analitik qeyd edib ki, Moskvanın əsas hədəfi sülh prosesini pozmaq və ABŞ-nin bölgədə möhkəmlənməsinə mane olmaqdır. 

O vurğulayıb ki, Moskva bu dəfə Paşinyanı hakimiyyətdən devirmək üçün daha hazırlıqlı ola bilər:

“Təsadüfi deyil ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdığı bir vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqlərə başladı. Bizim soydaşlarımıza qarşı təqiblər həyata keçirildi, bundan əvvəl təyyarəmiz vuruldu, sonrakı mərhələdə Ukrayna üzərindən müəyyən hücumlar baş verdi. Ermənistanda isə kilsə hakimiyyətə qarşı qaldırıldı. Bu, artıq Rusiyanın aqressiv ritorikasının təzahürü idi. Bundan sonra Ermənistanda hakimiyyətə qarşı təzyiqlər artacaq. Paşinyanı bu və ya digər formada devirmək ritorikası güclənəcək. Hərçənd indiyə qədər buna dəfələrlə cəhd olunub və uğursuzluqla nəticələnib. Elə buna görə də Moskva bu dəfə daha hazırlıqlı və güclü olmaq istəyir və Petrosyanı da öz tərəfinə çəkir. Ermənistan daxilində müəyyən siyasi fırtınaların olması gözləniləndir. Amma düşünmürəm ki, bu, asan başa gələcək”. 

Ekspertin fikrincə, Paşinyana qarşı sui-qəsd ehtimalı da mümkündür. Rusiya sülh sazişinə mane olmaq və ABŞ-nin regiona gəlməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atacaq. Bu kontekstdə Paşinyana qarşı sui-qəsd ehtimalı da istisna deyil. Onun hansısa formada hakimiyyətdən devrilməsi də gündəmdədir. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər