OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...

OYUN DƏYİŞDİ: İrandan gözlənilməz AÇIQLAMA — ABŞ ilə...
23.02.2026 17:33 Təhlil

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndəsi ilə mümkün təmas barədə diqqətçəkən açıqlama verib.  


Belə ki, nazir fevralın 26-da Cenevrədə ABŞ tərəfini təmsil edən Stiven Uitkoff ilə görüşün baş tuta biləcəyini bildirib. 

Əraqçi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla müəyyən razılaşmalar mümkündür. Onun sözlərinə görə, diplomatik kanallar açıq qalır və siyasi iradə olduğu halda anlaşma əldə oluna bilər.

Digər tərəfdən ABŞ-nin İrana mümkün hücum ehtimalı ilə bağlı xəbərlər də artmaqdadır. Bu halda Əraqçi-Uitkoff görüşü hansısa müsbət nəticə verə bilərmi? 

DİPLOMATİK HƏMLƏLƏR

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli diplomatik həmlələrin müsbət nəticələnməsini aşağı ehtimal olaraq dəyərləndirib:


“ABŞ-İran arasında hər keçən gün bir az daha da gərginləşən münasibətlərin kölgəsində Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilən diplomatik görüşlər də davam edir. Rəsmi Vaşinqton İranı vaxt uzatmadan Amerikanın tələbləri ilə razılaşmağa, əks təqdirdə ağır zərbə alacağı ilə hədələyir. İran isə öz növbəsində müharibə istəmədiyini, ancaq bu baş verərsə təslim olmayacağını, döyüşəcəyini bildirir. Belə bir qarşılıqlı söz dueli şəraitində diplomatik həmlələrin müsbət nəticələnmə ehtimalı azdır.

ABŞ-nin dəniz donanmasının və hava qüvvələrinin önəmli bir qismini Fars körfəzi ətrafına cəmləşdirməsi fonunda Maskat və Cenevrədə aparılan danışıqların diplomatik manevrdən, vaxt qazanmaq cəhdindən başqa bir işə yaramadığını aydın görmək olar. Artıq dünyanın aparıcı media və informasiya orqanları etibarlı mənbələrə söykənərək hətta ABŞ ordusunun İrana hansı gün, hansı saatda zərbələr endirə biləcəyini belə qeyd edirlər. Çünki İranın ali dini və siyasi rəhbərliyi Vaşinqtonun tələblərini birbaşa kapitulyasiya kimi qiymətləndirdiyini və bunu qəbul etməyəcəyini bildirir”. 


GƏRGİN ATMOSFERDƏ GÖZLƏNTİLƏR 

Onun sözlərinə görə, belə gərgin atmosferdə Əraqçi-Uitkoff görüşünün müsbət nəticələnəcəyi ciddi suallar doğurur.  

“Müharibənin siyasətin zorakı yollarla davamı olduğu tezisindən çıxış etsək, demək olar ki, tərəflər müharibə siyasətini seçə bilərlər. Lakin bir çox siyasətçi və ekspertlər İrana endirilməsi ehtimal edilən zərbələrin qısa və məhdud olmayacağını, hərbi əməliyyatın tammiqyaslı və həftələrlə davam edəcəyini düşünürlər”, - deyə F.Məhərrəmli fikrini yekunlaşdırıb.  

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 All News