Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?
10.09.2025 15:52 Təhlil

“Nepaldakı hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

“Cəmiyyəti sakitləşdirmək mümkün olmadı”

O bildirib ki, Nepalda sosial mediaya qoyulan qadağalardan sonra gənclərin keçirdikləri kütləvi etiraz aksiyaları həm xarakter və məzmun baxımından dəyişib, həm də daha geniş miqyas alıb:

“Nepal dünyanın ən kasıb və inkişafdan qalmış ölkələrindən biridir. Beynəlxalq hesabatlara görə, əhalinin üçdə biri yoxsulluq içində yaşayır və adambaşına düşən ÜDM cəmi 240 dollardır. Nepalda rüşvətxorluq və korrupsiya, sərt və yarıtmaz idarəçilik cəmiyyətdə ciddi narazılıqlar doğurub. İnsanlarda məmurlara və dövləti idarə edənlərə qarşı nifrət hissi yaranıb. Uzun müddət hökm sürən mütləq monarxiyaya qarşı etirazlar müəyyən yumşalmalar və siyasi islahatlarla nəticələnsə də, bu, köklü problemləri həll etmədi və xalqın həyatına müsbət təsir göstərmədi.

Nəticədə, hakimiyyətin tətbiq etdiyi sosial media qadağası kütləvi etirazlara, iğtişaşlara və qarşıdurmalara səbəb oldu. Hökumət bu qadağaları aradan qaldırsa və güc tətbiq etsə də, cəmiyyəti sakitləşdirmək mümkün olmadı. Hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.

“İbrət dərsi ola bilər”

Ekspert Nepalda baş verən hadisələrin regiona ciddi təsir göstərəcəyini düşünmür:

“Bu ölkə Çin və Hindistan kimi nəhənglərin arasında sıxılmış vəziyyətdədir. Yeni Dehli və Pekin baş verənlərdən narahat olmasalar da, digər rejimlər üçün bu hadisələr ibrət dərsi ola bilər”.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “WhatsApp”, “Facebook” və “Instagram”, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsasən gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib. 

Bununla belə, paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.

Sentyabrın 9-da Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Bütün Xəbərlər