İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər?

İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər?
11.10.2025 11:45 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail hökumətinin Qəzzada yenidən müharibəyə başlaya biləcəyini deyib.  

Nazir bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun sülh məsələsində etibarlı olmadığı hamıya məlumdur və buna görə beynəlxalq ictimaiyyət hazırda yüksək hazırlıq vəziyyətindədir. 

Fidan qeyd edib ki, girov məsələsi həll olunduqdan sonra İsrailin öz legitimliyini dəstəkləmək üçün artıq heç bir arqumenti qalmayacaq. 

Təcrübədə müəyyən problemlərin yaranması qaçılmazdır.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Telman Nüsrətoğlu bildirib ki, ən perspektivli yol ikidövlətli həll modelidir:

"İkidövlətli həll modeli İsraillə Ərəb dünyası arasında strateji uzlaşma olmadığı müddətcə bu məsələnin birdəfəlik həlli mümkün görünmür.

Qəzzaya yönəlmiş müdaxilələr və fələstinlilərin yaşayış yerlərinə qarşı İsrailin məskunlaşma siyasəti davam edən proseslərdir. Buna görə beynəlxalq ictimaiyyət Fələstin dövlətini tanımaqla məsələnin ikidövlətli həll əsasında həllini və sülhün bərqərar olunmasını istəyir".

Politoloq əlavə edib ki, radikal qüvvələr sülh prosesinə ciddi zərər verir:

"Netanyahunun kabinetində çox radikal qüvvələr mövcuddur və bu qüvvələr bəzən rasional olmayan qərarlara İsrail hakimiyyətini də sürükləyə bilirlər. Netanyahunun özü də radikal mövqeyə sahibdir. Dolayısıyla, Hakan Fidanın da qeyd etdiyi kimi, birmənalı atəşkəs mümkün görünmür".

Onun sözlərinə görə, əgər bu məsələ strateji bir uzlaşmaya, razılaşmaya və Fələstin dövlətinin qurulmasının İsrail tərəfindən qəbul edilməsinə yönəlməsə, problem müxtəlif yönləri ilə davam edəcək. Buna görə də orada Türkiyə də daxil olmaqla, sülhü qoruma missiyasının tətbiqi tələb olunur. Atəşkəsdən sonrakı dövrdə oranın idarəçiliyində atəşkəsin qarantoru kimi Türkiyə, Qətər, Misir və Amerika ilə birlikdə müzakirələr aparılır.

Analitik, həmçinin İsrailin siyasətini izlədiyini, İordaniyada və Suriya torpaqlarında hərbi müdaxilələr etdiyini, İranla yaşanan gərginliyin davam etdiyini vurğulayıb və bu vəziyyətdə heç bir qarantiya olmadığını bildirib. 

O qeyd edib ki, Hakan Fidanın da dediyi kimi, tam mexanizmlər formalaşmalı və məsələ birdəfəlik həll olunmalıdır.

Politoloq yekun olaraq bildirib ki, yalnız ikitərəfli həll modeli əsasında hərbi deyil, diplomatik çözüm tapılarsa, daimi sülhdən söhbət gedə bilər. 

Xatırladaq ki, oktyabrın 9-da İsrail ordusu Qəzzanın şimalında evlərinə qayıtmağa çalışan fələstinlilərin keçid yolu olan Rəşid küçəsini bombalayıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər