Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?

Edamlar dayanmır, insanların ahı ərşə çıxır - İrandan asılmış səhnələrin mesajı nədir?
25.05.2026 15:41 Təhlil

İran İslam Respublikasında ölüm cəzası (edam) geniş şəkildə tətbiq olunur.  İnsan haqları təşkilatlarının məlumatlarına görə, 2026-cı ilin ilk 4-5 ayında 600-dən çox insan edam edilib. 

Son aylarda xüsusilə yanvar 2026-cı il etirazlarından sonra saxlanılan nümayişçilərə qarşı siyasi edamlar kəskin artıb. Ekspertlərin fikrincə, indiki böhranın yaradacağı sosial-iqtisadi problemlər ölkədə yeni etirazlara səbəb ola bilər. Bu da daha çox edam deməkdir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan deyib ki, edam cəzası əsasən orta əsr hüquq məktəbinin qalığıdır. Lakin bu cəza daha çox orta əsrlər üçün xarakterik olan cinayətlərin qarşılığı kimi tətbiq olunmalıdır:


"İranda isə bu cəza əslində qorxu yaratmaq və xalqı vahimə altında saxlamaq məqsədi daşıyır. Hətta heç bir cinayət törədilməsə belə, İran rejimi xalqı qorxutmaq üçün edamlar həyata keçirir. Xüsusən də rejimin mənfi tərəflərini tənqid edən şəxslərə qarşı kütləvi edamların artırılması xalqı buxov altında saxlamağın əsas vasitələrindən biridir. İran rejiminin ideoloji xətti qədim Əhəməni və Sasani siyasi-ideoloji nostaljisi üzərində qurulmuş, təhrif edilmiş dini və məzhəbi prinsiplərə əsaslanır. Bu ideoloji xəttin hədəfi müsəlmanlar və türklərdir. Orta əsrlərdə formalaşmış fars şüubiyyəsinin davamı kimi, bugünkü İran hakimiyyəti İslama tamamilə yad olan, lakin İslam adı altında təqdim edilən batini xarakterli bir ideologiya formalaşdırıb. Burada insan həyatının dəyəri yoxdur. Bütün bu qəddarlıqları İslam adı altında həyata keçirməkdə məqsəd isə İslamı mənfi obrazda göstərməkdir".

İlahiyyatçı vurğulayıb ki, edam edilənlər müsəlmanlardır. Onlar sadəcə zülmə, irqçiliyə və əsarətə qarşı çıxış ediblər: 

"Bu şəxsləri edam etməklə rejim əslində İslam dininə qarşı mübarizə apardığını nümayiş etdirmiş olur. Rejimin söykəndiyi ideologiya özündən olmayanların, yəni həmin etiqada qarşı çıxanların malını və canını dəyərsiz hesab edir. Fars rejimi, əslində, müsəlman olduqları üçün xalqdan intiqam alır. İran hakimiyyətinin mahiyyəti tarixdə mövcud olmuş Qərmətilər və Həşşaşilər kimi terror təşkilatlarının prinsiplərinə söykənir. Bəşəriyyət üçün ciddi təhdid olan bu ideologiya artıq İran xalqını müəyyən dərəcədə İslamın həqiqi mahiyyətindən uzaqlaşdıra bilib. Rejim öz ideologiyasını din adı ilə təqdim etməyə çalışsa da, xalq bunu qəbul etmədiyi üçün ümumilikdə dindən uzaqlaşır".

Ekspert əlavə edib ki, onlar qədim Sasani şahlarının idarəçilik üsullarını İslam və məzhəb adı altında müsəlman xalqlara qarşı tətbiq edirlər. Onun fikrincə, İran rejimini formalaşdıran Qərbin siyasi və ideoloji institutları bundan müsəlman ölkələrinə qarşı təsir vasitəsi kimi istifadə edirlər:

"Buna görə də oradakı edamlar bir çoxlarını ciddi şəkildə narahat etmir. Ümumilikdə İran rejiminin ideoloji mahiyyəti qan, ölüm, işgəncə və zülm üzərində qurulub. Bu xüsusiyyətlər onların “dini mənbələr” adı altında təbliğ etdikləri ideoloji mətnlərdə də açıq şəkildə əks olunur", - deyə Tural İrfan deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Bütün Xəbərlər