Deputat: “Paşinyanın səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir”

Deputat: “Paşinyanın səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir”
17.09.2025 16:07 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə  Azərbaycanın adını çəkib.

Belə ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Paşinyan, KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb. 

O deyib ki, artıq hərbi-siyasi ittifaqlar və ordunun özü ölkənin xarici təhlükəsizliyini qorumaq üçün effektiv mexanizm deyil:  

"Xüsusilə KTMT məsələsində 3 dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə “qardaş ölkə” kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni yanaşmanı Ermənistan üçün görmək mümkün olmayıb". 

Paşinyan xatırladıb ki, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə müraciət etsə də, cavab ala bilməyib. 

Maraqlıdır, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o halda KTMT hansı əsasla Qarabağ uğrunda savaşda İrəvana hərbi dəstək verməliydi? 

Axı təşkilatın nizamnaməsi açıq şəkildə göstərir ki, yalnız üzv dövlətlərin suveren ərazisinə hücum olduqda kollektiv müdafiə mexanizmi işə düşür. Putin həmin vaxt açıq demişdi: 

“Müharibə Ermənistan ərazisində getmir”. 

Ümumiyyətlə, bu çıxışı və prosesi necə şərh etmək olar? 

Xüsusilə də sülh ərəfəsində...

“Ermənistanın Baş naziri Nikol Paşinyan uzun illərdən bəri ölkəsinin yürütdüyü siyasətin, xüsusilə də baş nazir olduğu dönəmdə atdığı addımların iflasını gizlətmək üçün növbəti dəfə KTMT-ni hədəfə götürüb”.

TodayPress TV xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, baş nazirin “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir:

“Əgər Azərbaycanın ərazi bütövlüyü tanınırdısa, bəs o halda KTMT hansı əsasla İrəvana hərbi dəstək verməli idi?”

“Paşinyanın “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir. Paşinyan iddia edir ki, KTMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma Ermənistan üçün eyni mövqe nümayiş etdirməyib. Yaxşı, əgər Azərbaycanın ərazi bütövlüyü tanınırdısa, bəs o halda KTMT hansı əsasla İrəvana hərbi dəstək verməli idi? Təşkilatın nizamnaməsi sadədir: yalnız üzv dövlətin beynəlxalq sərhədlərinə hücum baş verərsə, kollektiv müdafiə mexanizmi işə düşür. Vaxtilə Ermənistanın işğalı altında olan, hazırda azad edilmiş ərazilərin Azərbaycana məxsusluğunu nəinki KTMT, bütün dünya tanıyırdı. Qarabağın Azərbaycana məxsusluğu heç vaxt beynəlxalq hüquq və beynəlxalq münasibətlər müstəvisində mübahisə predmeti olmayıb. Hətta işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində formalaşdırdığı qondarma rejimi tanımaması da rəsmi İrəvanın, hətta işğal zamanı da bu həqiqəti başa düşdüyünü göstərir”. “Bölgəni xaosa sürükləyən də məhz Ermənistanın özü olub”.

Parlamentari, həmçinin deyib:

“Buradan çıxan nəticə odur ki, KTMT heç bir “xəyanət” etməyib, sadəcə, nizamnaməyə uyğun davranıb. Amma Ermənistan rəhbərliyi bunu öz xalqına “biz tək buraxıldıq” pərdəsi altında təqdim etməklə, məsuliyyəti də üzərindən atmağa çalışır. 30 illik işğal siyasətini həyata keçirən, reallıqdan uzaq “miatsum” xülyaları ilə bölgəni xaosa sürükləyən də məhz Ermənistanın özü olub. Paşinyanın son çıxışı açıq və konkret mesaj xarakteri daşıyır: Ermənistan artıq Rusiyanın təhlükəsizlik çətirinin çökməsini etiraf edir və Qərbə “bizim alternativimiz sizsiniz” siqnalı verir. Sülh prosesinin ərəfəsində belə çıxışların başqa bir mənası da var. Paşinyan özü etiraf edir ki, nə KTMT, nə də Ermənistan ordusu ölkəni qorumaq gücündə deyil. Yeganə real yol Azərbaycanın ərazi bütövlüyünü tam qəbul etmək, qonşularla münasibətləri normallaşdırmaq və yekun sülh sazişinə imza atmaqdır. Əks halda, Ermənistanın hərbi-siyasi avantüraları yenidən faciə ilə nəticələnəcək”. 

“Nə qədər manipulyasiya etsə də, fakt dəyişməzdir”

“Deməli, Paşinyanın KTMT-yə atdığı daş, əslində, onun öz siyasətinin zibilxanasına düşür. Çünki nə qədər manipulyasiya etsə də, fakt dəyişməzdir: Ermənistanın təhlükəsizliyi xarici havadarların xülyalarında yox, yalnız regiondakı reallıqlar çərçivəsində təmin oluna bilər”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər