Bəşəriyyətin gələcəyi bu qarşıdurmanın nəticələrindən asılıdır - Ramiz Yunus AÇIQLADI

Bəşəriyyətin gələcəyi bu qarşıdurmanın nəticələrindən asılıdır - Ramiz Yunus AÇIQLADI
06.09.2025 11:24 Təhlil

"Uzun illər Qərbdə dominant mövqe tutan liberal sol ideologiyanın iflası, müasir dünyanın BMT başda olmaqla bütün institutları ilə hansı dərin böhrana düşdüyünü ortaya qoydu və Rusiyanın Ukraynaya qarşı başladığı tammiqyaslı təcavüz bu böhranın kulminasiya nöqtəsi oldu".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, ŞƏT sammiti, eləcə də Çinin Şərqə xas incəliklə nümayiş etdirdiyi paraddakı mənzərə, ABŞ-yə, o cümlədən onun Aİ və NATO-dakı müttəfiqlərinə bir mesaj idi: 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra formalaşan birtərəfli dünya nizamı artıq sona çatıb.

Professor bu gün dünyanın Birinci və İkinci Dünya müharibələrindən sonrakı dəyişikliklərlə müqayisə edilə biləcək nəhəng dəyişikliklərin astanasında olduğunu diqqətə çatdırıb:

"Əgər o zaman kimin qalib, kimin məğlub olduğu aydın idisə, indi müasir geosiyasi xaosda günahkar axtarışı aparılır. Bunun nəticələri isə həmin ölkə və onun müttəfiqləri üçün Birinci Dünya müharibəsində Almaniyanın rəhbərlik etdiyi Üçlər İttifaqının, eləcə də İkinci Dünya müharibəsində nasist Almaniyasının və onun koalisiya tərəfdaşlarının aqibətinə bənzər ola bilər.

Məhz buna görə də, Pekində keçirilən Paradda belə rəngarəng qonaq tərkibini gördük - Hindistan da daxil olmaqla Qlobal Cənubun əsas liderləri, demək olar ki, bütün postsovet məkanının başçıları və təbii ki, Cənubi Koreya və Tayvandan gələn nümayəndə heyətləri. Onların çoxu, o cümlədən Rusiya da həmin “günahkar” rolunda olmaq istəməzdi.

Si Cinpinin rəhbərliyi altında Çin bu güc nümayişinə illərlə çalışaraq nail oldu və təsadüfi deyil ki, Pekin bunu məhz bu gün göstərdi. Çünki artıq üç il yarımdır ki, ABŞ, Aİ, o cümlədən NATO ən dərin böhran içindədir və Kremlin imperial ambisiyalarını cilovlamaqda aciz, hazırlıqsız olduqlarını nümayiş etdirirlər.

Bu geosiyasi xaosun tezliklə bitməyəcəyini nəzərə alsaq, hər bir dövlətin bərabər məsafədə dayanması və coğrafi mövqeyindən düzgün istifadə etməsi olduqca vacibdir. Son illərdə tam suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Cənubi Qafqazın liderinə və lokomotivinə çevrilməyi bacaran doğma ölkəm olan Azərbaycan bu mövqenin ən yaxşı nümunəsidir".

Ramiz Yunus onu da izah edib ki, ABŞ və Çin simasında nəhənglərin Avrasiya uğrunda savaşı yeni-yeni sürətlənir. Yeni dünya düzəni və bütün bəşəriyyətin yaxın gələcəyi bu qarşıdurmanın nəticələrindən asılı olacaq.

Professor sonda ABŞ-nin siyasi xadimi, sabiq prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinskinin məşhur “Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” kitabından sitat gətirib: 

"Avrasiya üzərində nəzarət, dünya üzərində nəzarətdir".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər