Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...

Azərbaycan yenə HUMANİZMİ SEÇDİ: Bu dəfə İrana qarşı...
10.03.2026 17:22 Təhlil

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan tərəfindən İrana humanitar yardım göndərilib. 

Bu qərar İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində keçirilən telefon danışığından sonra qəbul olunub. 

Maraqlıdır, bu humanist addım iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək? 

Məsələni politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.      


O diqqətə çatdırıb ki, ölkəmiz və ölkəmizin rəhbəri milli maraqlarımıza uyğun olaraq tam müstəqil siyasət həyata keçirir:     

"Biz hər hansı bir ölkə ilə münasibətlərimizi formalaşdırarkən və inkişaf etdirərkən mütləq şəkildə öz maraqlarımızdan və regiondakı vəziyyətdən çıxış edirik. Yəni regionda vəziyyətin sabitləşməsinin, sülh mühitinin formalaşmasının və əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyıq". 

Analitik vurğulayıb ki, Azərbaycan hər zaman qonşularla dinc münasibətlərin tərəfdarı olub: 

"Azərbaycanın İrana humanitar yardım göndərməsi bir daha ona dəlalət edir ki, ölkəmiz hər zaman öz xeyirxah mövqeyi ilə seçilir. Digər münaqişə vəziyyətlərində də Azərbaycan hər zaman yardım əlini uzatmağa hazır olduğunu göstərib. Bizim buna siyasi iradəmiz yetir və iqtisadi imkanlarımız bunu mümkün edir". 


Məsud Pezeşkian və  İlham Əliyev arasında baş tutan telefon danışığına diqqət çəkən ekspert deyib ki, danışıqlar iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək elementlərin aradan qaldırılmasını şərtləndirdi: 

"Pezeşkianın Azərbaycan Prezidentinə zəng etməsi ona dəlalət edir ki, o, ölkəmizin başçısına, ümumilikdə isə ölkəmizə və xalqımıza həssas yanaşır, narahatlıqlarımızı nəzərə alır və vəd edib ki, baş vermiş hadisə dəqiq araşdırılacaq. Eyni zamanda o, əmin edib ki, İran qonşu ölkələrə münasibətdə dost mövqe nümayiş etdirməkdədir". 

O, həmçinin əlavə edib ki, bunun ardınca Azərbaycan və İran arasında yükdaşımaların bərpa olunması və ölkə Prezidenti tərəfindən İrana humanitar yardım göstərilməsi haqqında tapşırığın verilməsi göstərir ki, iki ölkə arasında dinc qonşuluq münasibətlərinin davam etdirilməsi iradəsi mövcuddur. 


“Ümid edirik ki, bundan sonrakı mərhələdə də Azərbaycan ilə İran arasında əməkdaşlıq və dinc qonşuluq münasibətləri davam etdiriləcək”.

E.Mirbəşiroğlu yekun olaraq vurğulayıb ki, bu  addım Azərbaycanın müstəqil və neytral siyasətinin göstəricisidir: 

Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvan aeroportuna dron hücumu həyata keçirilib. Azərbaycan tərəfi hücuma rəsmi şəkildə etirazını bildirib. İran Prezidenti Məsud Pezeşkian bir neçə gün sonra, martın 8-də  Prezident İlham Əliyevə zəng edərək İranın hadisə ilə əlaqəsi olmadığını bildirib və insidentin araşdırılacağını vəd edib.  

Jalə Rövşən

NEWS FEED
02 JUNE 2026
Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 All News