Azərbaycan və Türkiyə arasında HƏRBİ ANLAŞMA: Bakı tək deyil!

Azərbaycan və Türkiyə arasında HƏRBİ ANLAŞMA: Bakı tək deyil!
23.07.2025 17:06 Təhlil

“Azərbaycan və Türkiyə arasında imzalanan hərbi anlaşması Rusiyaya ciddi mesajdır. Bakı tək deyil!”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov bunu TodayPress TV-yə danışarkən bildirib. 

“Son zamanlar Azərbaycan ilə Rusiya arasında müşahidə olunan diplomatik və siyasi gərginlik fonunda Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” olduqca strateji və zamanında atılmış addımdır”.

Onun sözlərinə görə, memorandum təkcə iki qardaş ölkənin hərbi əməkdaşlığını yeni mərhələyə daşımaqla kifayətlənmir, eyni zamanda beynəlxalq güclərə, xüsusən də Rusiyaya açıq mesaj verir:

“Bu sənəd bir daha göstərdi ki, Azərbaycan regional proseslərdə tək deyil. Türkiyə güclü və nüfuzlu dövlətdir. Onun bu anlaşmadakı iştirakı, Azərbaycanın təhlükəsizliyinə verdiyi təminat çox önəmlidir”. 

Ekspert xatırladıb ki, Şuşa Bəyannaməsi bu gün Azərbaycan üçün real və hüquqi təminatdır və memorandum da bu xəttin davamıdır. Həmçinin Azərbaycan ordusunun NATO standartlarına uyğun olaraq Türk modeli əsasında yenidən qurulması prosesi artıq başa çatıb. Lakin bu uğur bəzi dairələri, xüsusən də Rusiyanı narahat edir.

“Rusiya mediasında Azərbaycana qarşı açıq təbliğat aparılır. Bəzi Kremlə bağlı simalar, xüsusən də Vladimir Solovyov, Olqa Skabeyeva və Marqarita Simonyan kimi jurnalistlər Azərbaycanın ünvanına təhdid ritorikası ilə çıxış edirlər. Hətta “Oreşnik” roketi ilə Bakının vurulması kimi sərsəm bəyanatlar səsləndirilir. Məhz belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” bəyanatı və ardınca imzalanan anlaşma geosiyasi balansın saxlanması baxımından əhəmiyyətli rəmzi güc daşıyır. Bu sənədlə Rusiyaya açıq şəkildə bildirildi ki, Azərbaycanın arxasında təkcə siyasi deyil, hərbi müttəfiqi olan Türkiyə dayanır və istənilən təhlükəyə qarşı reaksiya gecikməyəcək”.

Polkovnik gələcəkdə bu memorandumun praktik əhəmiyyətinin daha da artacağını, birgə hərbi təlimlərin intensivləşəcəyini, o cümlədən hərbi sənaye və müdafiə strukturlarının inteqrasiya səviyyəsinin yüksələcəyini vurğulayıb.

Sonda o diqqətə çatdırıb ki, Azərbaycan müasir və güclü ordusu, sabit hərbi tərəfdaşlığı və regiondakı mövqeyi ilə artıq təkcə lokal deyil, qlobal təhlükəsizlik arxitekturasında da mühüm rol oynamağa başlayıb.

Qeyd edək ki, iyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb. Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb.

Töhfə Səməd

FOTOLAR

Azərbaycan və Türkiyə arasında HƏRBİ ANLAŞMA: Bakı tək deyil! — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Bütün Xəbərlər