Aİ qapılarını Ukrayna və Moldovaya açır: Rusiya təhlükəsinə son!

Aİ qapılarını Ukrayna və Moldovaya açır: Rusiya təhlükəsinə son!
30.09.2025 17:32 Təhlil

Britaniyanın "Financial Times" qəzeti yazıb ki, Avropa İttifaqı Macarıstanın vetosundan yan keçərək Ukrayna və Moldovanın inteqrasiyası üzrə texniki işə başlamaq istəyir. 

“Aİ Macarıstanın təşəbbüsü ilə davam edən blokadaya baxmayaraq, Ukrayna və Moldovanın birliyə qoşulması ilə bağlı texniki işə başlamağa hazırlaşır”, - nəşr qeyd edib. 

Məlumdur ki, Avropa İttifaqına üzvlük, əslində, kifayət qədər çətin bir prosedurdur. 

Maraqlıdır, Ukrayna və Moldovanın hazırda Aİ-yə üzv olmaq şansı nə qədərdir? 

Politoloq Rəşad Bayramov mövzu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hər iki ölkənin İttifaqa üzv olması üçün böyük işlərin həyata keçirilməsinə ehtiyac var: 

“Bura qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması, ölkənin özünün ərazi bütövlüyü, suverenliyi, iqtisadiyyatı, güc məsələsi və s. kimi məsələlər daxildir. Bu gün Moldovanın hələ də enerji məsələsində Rusiyadan asılılığını və Dnestryanı bölgədə Rusiyanın faktiki olaraq mövqeyi, o cümlədən həmin bölgənin Moldovanın qanunlarına tabe olmaması kimi halları nəzərə alsaq, təbii ki, tez bir zamanda Moldovanın və yaxud da müharibə şəraitində olan ölkə olaraq Ukraynanın Avropa İttifaqına üzvlüyünün faktiki olaraq tez bir zamanda baş verməsi mümkünsüz görünür. Amma məsələ burasındadır ki, proses uzunmüddətli dövrü əhatə etdiyindən ən yaxşı halda ancaq texniki işlərə start verilə bilər”. 

Analitik hesab edir ki, bunun özü də problemli məsələdir. Çünki Macarıstanın vetosuna baxmayaraq, texniki işlərə başlamaq üçün ilk növbədə müvafiq qaydaların da işlənilməsi lazımdır. 

“Bunun üçün gərək əvvəlcə Avropa İttifaqı üzvlüklə bağlı özlərinin qəbul etdikləri müvafiq qaydalara dəyişiklik etsin. Bir sıra qaydaların dəyişdirilməsinə ehtiyac var. Bu qaydalar dəyişdiriləcəksə, o zaman texniki işlərə də başlanıla bilər. Texniki işlər nədir? Bura birinci mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi, ondan sonrakı mərhələdə demokratik təsisatların möhkəmləndirilməsi üçün Avropa İttifaqının dəstəyi və s. daxildir”. 

Politoloq vurğulayıb ki, prinsip etibarı ilə indi Avropa İttifaqının bu işlərə başlaması, əslində, adıçəkilən ölkələrin, yəni Ukraynaya və Moldovanın dərhal üzvlüyündən daha çox onlara dəstək vəd edir. Çünki hər iki ölkə faktiki olaraq Rusiya tərəfindən təhlükələrlə üzləşən ölkələrdir: 

“Moldovada keçirilən parlament seçkilərində Maya Sandunun və onun blokunun qələbəsi Moldovanın Avropaya inteqrasiyasına tərəfdar olduğunu ortaya qoyduğu üçün Avropa İttifaqı da buna adekvat münasibət göstərmək məcburiyyətində idi. Yəni bu gün Avropa İttifaqı bu cür bəyanatla çıxış etməsə idi, Moldova daxilində, eləcə də Ukraynada Avropaya inteqrasiya tərəfdarının mövqeləri zəifləyə və Rusiya meyllərinin nüfuz qazanmasına səbəb ola bilərdi. Bu baxımdan, gözlənilən bəyanat da verilib. Texniki işlərə başlamaq üçün dəyişikliklər ediləcək, ya yox - təbii ki, zaman göstərəcək”. 

Analitik düşünür ki, Avropa İttifaqı indiki halda nə Moldovanı, nə də Ukraynanı öz sıralarına qəbuluna hazırdır. Söhbət təkcə heç Macarıstanın vetosundan da getmir. Avropa İttifaqı hazırda özü çətin siyasi-iqtisadi böhran yaşayır. Üzv ölkələrin bir çoxu iqtisadiyyatı zəif olan ölkələrin üzvlüyə qəbuluna etirazla yanaşırlar. Çünki əlavə maliyyə yükü, onların saxlanılması, inkişaf etdirilməsi və s. əlavə problem deməkdir. 

Politoloq sonda vurğulayıb ki, bütün hallarda perspektivdə hər iki ölkənin Avropa İttifaqına qəbulu mümkündür. 

Nicat Osman 

TodayPress TV

FOTOLAR

Aİ qapılarını Ukrayna və Moldovaya açır: Rusiya təhlükəsinə son! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər