ABŞ və Çin anlaşmağa məhkumdurlar! — Ramiz Yunus AÇIQLADI

ABŞ və Çin anlaşmağa məhkumdurlar! — Ramiz Yunus AÇIQLADI
28.10.2025 00:58 Təhlil

"ABŞ Prezidenti Donald Trampın böyük Asiya turu, bu gün dünyada baş verən geosiyasi proseslər baxımından, xüsusilə də bu proseslərə bir çox əsas ölkə və regionların dərin şəkildə cəlb olunduğu vaxtda son dərəcə mühüm əhəmiyyət kəsb edir". 


TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, əgər bu bir həftəlik Asiya səfərinin kulminasiyası ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin çoxdan gözlənilən görüşü olacaqsa, bu, bir çox mürəkkəb məsələlərin, o cümlədən Rusiya ilə Ukrayna arasındakı amansız müharibənin dayandırılması yollarının həlli baxımından həlledici rol oynaya bilər:

"Şübhəsiz ki, ABŞ və Çin liderləri Vaşinqtonla Pekinin diqqətini tələb edən bir çox digər siyasi məsələləri də müzakirə edəcəklər. Buraya, təbii ki, planetin iki əsas iqtisadi gücü arasında iqtisadi birgəyaşayış məsələləri də daxildir.


Dəfələrlə qeyd etmişəm ki, ABŞ və Çin anlaşmağa məhkumdurlar və onlar arasında nə hərbi qarşıdurma, nə də böyük ticarət müharibəsi baş verəcək. Çünki belə bir gərginlik həm bir-birinə sıx bağlı olan ABŞ və Çin iqtisadiyyatlarına, həm də onların bir çox müttəfiqlərinə – xüsusilə iqtisadi baxımdan ortaq maraqları olan Avropa İttifaqına və Qlobal Cənubun aparıcı ölkələrinə ciddi zərbə vura bilər.

Elə bu səfər ərəfəsində səslənən son bəyanatlar da düşünməyə əsas verir ki, ABŞ və Çin artıq potensial ticarət sazişinin çərçivəsi barədə razılığa gəliblər. Həmin razılaşma bu həftə iki ölkə liderlərinin şəxsi görüşündə müzakirə olunacaq. Danışıqların mövzuları arasında “TikTok”un ABŞ seqmenti ilə bağlı razılaşma, eləcə də Çindən nadir torpaq metallarının ixracına nəzarətin sərtləşdirilməsinin təxirə salınması məsələləri də yer alır".

Ramiz Yunusun fikrincə, ən çətin məsələ Rusiya ilə Ukrayna arasındakı müharibə olacaq, çünki bu müharibədə ABŞ və Çinin maraqları diametral şəkildə bir-birinə ziddir:


"Lakin böyük siyasətdə bəzən elə gözlənilməz dönüşlər baş verir ki, bu, ilk baxışdan mümkünsüz görünür. Məsələn, XX əsrin 70-ci illərində ABŞ liderləri – Riçard Nikson və Henri Kissincer Pekini Moskvadan uzaqlaşdırmağa nail oldular. Nəticədə SSRİ-nin mövqeləri zəiflədi, Sovetlərin Əfqanıstandakı macərasından sonra isə bu, imperiyanın süqutu ilə nəticələndi.

Xatırlatmaq lazımdır ki, həmin dövrdə mübadilə vasitəsi kimi Tayvan kartından istifadə olunmuşdu. Bu gün də Tayvan ABŞ-dən tam asılı vəziyyətdədir. ABŞ illərdir bu adanı Çin üzərində təzyiq və cilovlama aləti kimi istifadə edir.


İndi isə sual yaranır: prezident Tramp bu gün Si Cinpinə elə bir təklif irəli sürə biləcəkmi ki, o, bundan imtina edə bilməsin? Üstəlik, Tayvan məsələsi Çin üçün ekzistensial əhəmiyyət daşıdığı bir vaxtda."

Professor sonda Otto fon Bismarkdan sitat gətirib:

“Siyasət – mümkün olanın sənətidir (Politik ist die Kunst des Möglichen)!"

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər