Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi

Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi
08.09.2025 13:06 Sosial

Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş şəxslər eyni məkanda fəaliyyət göstərəcək.

TodayPress TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib. 

Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi - avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi üçün yaradılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.

Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib. 

Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə  özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.

Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.

Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri mərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədə avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval xidmətlərinin göstərilməsinə də başlanacaq.

TodayPress TV

FOTOLAR

Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 1
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 2
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 3
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 4
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 5
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 6
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 7
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 8
Yeni layihə çərçivəsində ilk klaster müəssisə istifadəyə verildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər