Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi
29.09.2025 17:17 Sosial

Sentyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova gündəliyə bir məsələnin daxil edildiyini bildirib.

Daha sonra gündəlikdəki məsələ - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)  barədə məlumat verilib.

Komitə sədri qanun layihəsindəki dəyişikliyin  “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışlarının vahid və sistemli şəkildə istifadə olunması ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, qanun layihəsinin əsas məqsədi fərqli anlayışların aradan qaldırılaraq uşaq hüquqlarının daha da təkmilləşdirilməsidir.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanunvericilikdə anlayışların vahid formada tətbiqinin uşaqların hüquqlarının daha dəqiq müdafiəsinə və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini söyləyib. O vurğulayıb ki, bu dəyişikliklər, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətində vahid yanaşmanın təmin olunmasına, uşaqlara göstərilən sosial xidmətlərin daha səmərəli təşkilinə şərait yaradacaq.

Qanun layihəsinin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Günay Ağamalı, Tamam Cəfərova, Könül Nurullayeva, Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Səbinə Xasayeva və Sevinc Hüseynova çıxış edərək məsələ ilə bağlı fikir və təkliflərini qeyd ediblər.

Tədbirin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda  komitə üzvü Ülviyyə Həmzəyeva  və digər rəsmi şəxslər iştirak ediblər.         

TodayPress TV                                           

FOTOLAR

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər