Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndəriləcək

Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndəriləcək
10.06.2025 09:49 Sosial

“Elektron Məhkəmə” İnformasiya Sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemi arasında həyata keçirilmiş inteqrasiya nəticəsində yeni funksionallıq istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elektron kabineti olmayan sahibkarlar barəsində məhkəməyə verilmiş iddia ərizəsi ilə bağlı onlara onlayn bildirişin göndərilməsi mümkün olub.

Kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron qaydada təqdim olunan iddia ərizələri və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə göndərilir. Müvafiq şəxslərə bu barədə elektron poçt və SMS vasitəsilə məlumat verilir.

Əgər cavabdeh sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyibsə, belə halda iddia ərizəsi ilə bağlı bildiriş və qeydiyyat qaydaları barədə ətraflı məlumat həmin şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə ötürülür və bu barədə məlumat elektron qaydada ona çatdırılır.

Bu yenilik Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər